“HP” yeni noutbukunu nümayiş etdirib
Tarix: 06.11.2014 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


HP”-nin rəsmi saytında “Omen” adlı noutbukla bağlı səhifə açılıb. Yeni qurğu oyun həvəskarları üçün nəzərdə tutulub, ancaq güclü oyun sistemləri ilə müqayisədə qiyməti nisbətən ucuzdur.
“HP Omen” modeli 1920 x 1080 piksel təsvir ölçülü 15.6 düymlük ekran, dördüncü nəsil “Intel Core i7-4710HQ” prosessoru, 2 və ya 4 QB videoyaddaşa malik “Nvidia GeForce GTX 860M” diskret qrafik sürətləndiricisi ilə təchiz edilib.
Məlumatların saxlanılması sistemi kimi 512 QB tutumunda sərtgövdəli daşıyıcı quraşdırılıb. Seçilmiş konfiqurasiyadan asılı olaraq əməli yaddaşın həcmi 8 və ya 16 QB təşkil edir.
Bundan başqa, noutbukda “Wi-Fi 802.11ac” və “Bluetooth” simsiz rabitə modulları, “HDMI” və “mini-DisplayPort”, kard-rider və dörd “USB 3.0” portu var. Noutbukun çəkisi 2,12 kq, qalınlığı 19,9 mm təşkil edir. Qurğunun avtonom iş vaxtı 5 saatdır.
“HP Omen” noutbuku 1500 dollara ilkin sifariş üçün əlçatandır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
23.11.2020
Kolumbiya sakini lotereyada 3,5 milyon dollar qazandı
21.11.2020
Öküz ili bürclərə nə vəd edir?
20.11.2020
“Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
20.11.2020
Yer kürəsinə nəhəng asteroid yaxınlaşır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
2 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
3 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
4 Öküz ili bürclərə nə vəd edir?
5 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info