“Ermənistan vətəndaşları hansı hüquqi əsasla Qarabağda hərbi xidmət keçir?”
Tarix: 06.11.2014 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


“Avropa Məhkəməsi bu məsələ ilə bağlı Ermənistan hökumətinə müraciət edib”

İşğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi nəticəsində bu günə kimi həll edilməyib. Rəsmi Bakı dəfələrlə açıqlayıb ki, böyük sülh sazişi üzərində işləməyə hazırdır.
Bunun üçün Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan torpaqlarından çıxması lazımdır. Ermənistan tərəfinin müxtəlif təxribatlarına, qeyri-konstruktiv mövqeyinə baxmayaraq beynəlxalq təşkilatlar da yaxşı bilirlər ki, münaqişənin həlli Ermənistanı qoşunlarının Azərbaycan torpaqlarını işğaldan azad etməsindən asılıdır. Yəni, birinci adım qoşunların torpaqlarımızdan çıxmasıdır. İşğal siyasətini təsdiqləyən faktlardan biri də Ermənistan vətəndaşı olan şəxslərin Dağlıq Qarabağda, işğal altındakı Azərbaycan torpaqlarında hərbi xidmət keçməsidir. Təmas xəttində erməni təxribatları nəticəsində yaranan atışmada həlak olan Ermənistan vətəndaşlarının valideynləri etiraz səslərini ucaldıblar. Onlar bəyan edirlər ki, Ermənistan vətəndaşı olan övladları hansı hüquqi əsas və sənədə əsasən Qarabağda hərbi xidmət keçirlər. “Epress” saytı yazır ki, bu məsələ ilə bağlı insan hüquqları üzrə Avropa Məhkəməsi “Qraçki Muradyan Ermənistan respublikasına qarşı” işi ilə bağlı Ermənistan hökumətinə müraciət edib.

“Təmas xəttində erməni təxribatları nəticəsində yaranan atışmada həlak olan Ermənistan vətəndaşlarının valideynləri etiraz səslərini ucaldıblar”

Sayt yazır ki, İrəvan tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nın “ordusuna” Ermənistan vətəndaşı olan çağırışçılar hərbi xidmətə çağırılırlar. Suren Muradyanın oğlu 2011-ci ildə “Qarabağ ordusunun” əsgəri kimi həlak olub. Əsgərin ölüm faktı ilə bağlı cinayət işinə “Sünik əyalətinin yurisdiksiyasına daxil olan məhkəmə sarayında” baxılıb. Sünik Qarabağla sərhədə yerləşən Ermənistan əyalətidir. Bütün məhkəmə instansiyalarını keçən Suren Muradyana Avropa Məhkəməsinə müraciət etməkdə vəkil Muşeq Şuşanyan yardım edib. “Epress” Şuşanyanla əlaqə saxlayaraq öyrənib ki, Avropa Məhkəməsi Ermənistan hökumətinə bu ölkə vətəndaşlarının hansı hüquqi əsasla Qarabağda xidmət keçməsi ilə bağlı sorğu göndərib: “Ermənistan hökuməti isə Avropa Məhkəməsinə mövcud olmayan sənədə-1994-ci ildə Ermənistanda Qarabağ arasında imzalanmış “dövlətlərarası sənədə” əsaslandıqlarını bildirib. Guya həmin sənədin hansısa bəndində qeyd edilir ki, Ermənistan vətəndaşları öz razılıqları ilə Qarabağda hərbi xidmət keçə bilərlər. Heç bir yerdə mövcud olmayan və heç kimin xəbəri olmayan həmin sənəddə belə bir maddə də var ki, Ermənistan vətəndaşları ilə bağlı hüquq pozuntulurana Ermənistan məhkəmələri baxacaq. Biz hələ də həmin sənədi axtarırıq. Amma “dövlətlərarası sənəd” deyilən həmin müqaviləni tapmağa nail ola bilməmişik. Muradyan döyüş əməliyyatlarında həlak olub. Amma rəsmi sənədlərlə onun malyariyadan öldüyü qeyd edilir. Ölən əsgərin atası əmindir ki, onun övladını artilleriya bölməsinin komandiri və hərbi hissəsə komandirinin müavini döyərək öldürsələr də, məsuliyyətə cəlb olunmayıblar. Cinayət işinin sənədlərində qeyd edilir ki, həmin şəxslərin məsuliyyətdən yan keçmələrinin səbəbi qondarma “dövlətin” müdafiə naziri Seyran Ohanyanın xahişi olub. Ohanyan onların Qarabağ müharibəsindəki xidmətlərinin nəzərə alınmasını istəyib. Ona görə də həmin şəxslərə ittiham irəli sürülməyib. Avropa Məhkəməsi “Qraçki Muradyan Ermənistan respublikasına qarşı” işi ilə bağlı hələ ki, qərar qəbul etməyib”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
04.12.2020
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
04.12.2020
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
04.12.2020
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop
04.12.2020
Prezident İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm - Ərdoğan

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
3 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
4 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
5 Distant təhsilin müddəti uzadıldı - QƏRAR


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info