“Der Tagesspiegel”: “Rusiyaya qarşı sanksiya məsələsində Avropa parçalanıb”
Tarix: 06.11.2014 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Rusiyaya qarşı yeni sanksiyalar yenə gündəmdədir. Bununla belə, yeni tətbiq edilməsi nəzərdə tutulan sanksiyalara qarşı münasibət də Avropada birmənalı qarşılanmayıb. Almaniya nəşri olan "Der Tagesspiegel"də dərc edilən yazıda deyilir ki, Avropa Birliyinin xarici işlər üzrə yeni nümayəndəsi Federika Moqerini gələn ilin martında Rusiyaya tətbiq ediləcək yeni sanksiyaların hər hansı effekt verəcəyinə şübhə ilə yanaşır. Lakin ondan fərqli olaraq, Almaniya kansleri Anqela Merkel əvvəlki kursu davam etməkdə israrlıdır.
O, Berlində alman işəgötürənlərin konfransındakı çıxışı zamanı Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların federal hökumətin iradəsinə görə həyata keçirildiyini və bu anda onlardan imtina üçün heç bir səbəb olmadığını dilə gətirib. Merkel Rusiyanı ötən həftənin sonlarında Ukraynanın şərqində özbaşına seçkilər keçirən separatçılara qarşı daha güclü təsir göstərməyə çağırıb. Bununla belə, o, etiraf etmək məcburiyyətində qalıb: “Lakin Rusiya bu prosesə bizim istədiyimiz səviyyədə müdaxilə etməyib».
Bu arada kanslerin nümayəndəsi Ukraynanın şərqində vəziyyətin daha da gərginləşəcəyi halda, Moskvaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini istisna etməyib. Avropa Birliyinin xarici işlər üzrə yeni nümayəndəsi Federika Moqerininin yeni sanksiyalar barədə səsləndirdiyi şübhələr də olduqda müxtəlif cür təsir bağışlayır. O, «Süddeutsche Zeitung» və digər Avropa nəşrlərinə verdiyi müsahibələrdə tətbiq edilən sanksiyaların Rusiya iqtisadiyyatına, ətraf mühitə göstərdiyi təsirdən danışarkən maraq doğuracaq belə bir sual verib: “Bütün bunlarla yanaşı, mənim üçün müəmma olaraq bu məsələ maraqlıdır, bütün bunlar Moskvanı öz siyasətində dəyişiklik etməyə sövq edəcəkmi?».
Diplomatiya dilində, bu, Avropa Birliyinin əvvəlki siyasətindən Moskva istiqamətində kənarlaşması deməkdir. Vaxtilə Avropa Birliyinin 28 üzv dövləti tərəfindən tətbiq edilən sanksiyaların müddəti sonralar daha da uzadıldı. Məhdudlaşdırıcı tədbirlər ilk olaraq bank hesablarının dondurulması, sonralar rusiyalı deputatlarla yanaşı, krımlı məmurlar da “qara siyahı”ya salınaraq onların Avropa ərazilərinə girişi qadağan edildi. Bundan əlavə, Avropa Birliyi Rusiya neft şirkəti və banklarının Avropanın kapital bazarlarına çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Xatırladaq ki, Rusiyaya qarşı yeni sanksiyaların bu ilin 17 noyabrında Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin iclasının gündəliyinə salınacağı da gözlənilir. Sanksiyaların ləğvi gözlənilmir; bu qərar yekdilliklə qəbul edilib. Çünki Ukrayna böhranının həllində irəliləyişin olmamasındakı reallığı təkcə Anqela Merkel iddia etmir.
Yenə də xatırlatma kimi bildirək ki, Avropa Birliyinin yeni sanksiyalarla əlaqədar mövqeyinə üzv ölkələrin münasibəti fərqlidir. Məsələn, Avstriya çərşənbə axşamı yeni sanksiyalar əleyhinə, federal hökumətin yeni kursuna qarşı çıxış edib. “Hazırda, yeni sanksiyalar üzrə müzakirələr aparılırmır” deyə Avstriyanın xarici işlər naziri Sebastian Kurz bildirib. Finlandiya hökuməti də yeni sanksiyaların tətbiqinə şübhə ifadə edib. Macarıstan isə Rusiya ilə əlaqələrin genişləndirilməsini dəstəkləyir və "Cənub axını" layihəsinin inkişafında maraqlı olduğunu davam etdirir.
Bütün bunlara rəğmən, bu ilin oktyabrın əvvəllərində Rusiya hökuməti ilə danışıqlar aparmaq üçün böyük beynəlxalq korporasiyaların rəhbərləri səfər ediblər. Qeyd edək ki, Moskvaya gələn 29 şirkət rəhbərinin əksəriyyəti Amerika Birləşmiş Ştatlarının nümayəndələridir. Maraqlısı odur ki, gələn qonaqların əksəriyyəti - nə investorlar, nə də Rusiya tərəfi Ukrayna böhranı barədə heç bir mühakimə yürütməyiblər.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Ermənilərin Qarakənd səmasında “Mİ-8” vertolyotunu vurmasından 28 il ötür
19.11.2019
Bu il Azərbaycanda 2454 əkiz, 72 üçəm, 4 dördəm doğulub
19.11.2019
Havanın temperaturu 5-8 dərəcə enəcək, yağış, qar yağacaq
19.11.2019
24 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulmasına 5 milyon manat ayrılıb
19.11.2019
Direktor: “Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info