Niderlandlı nazir: “Azərbaycanın iqtisadi inkişafı göz qabağındadır”
Tarix: 07.11.2014 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Kəmaləddin Heydərov: “Dənizin kənarındakı torpaq və su sahələri təmizlənərək əhalinin istifadəsinə veriləcək”
Dünən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla Azərbaycanda səfərdə olan Niderland Krallığının infrastruktur və ətraf mühit naziri, xanım Melani Şults van Haegen-Maas Geesteranus arasında görüş olub. K. Heydərov xanım Melani Şults van Haegen-Maas Geesteranusa Fövqəladə Hallar Nazirliyi (FHN), o cümlədən onun strukturuna daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat verib, iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində sıx əməkdaşlığın mövcud olduğunu bildirib.
Nazir hər iki qurum arasında, xüsusilə, su resurslarının idarə olunması və daşqınların qarşısının alınması istiqamətində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini önə çəkib. Xanım Melani Şults van Haegen-Maas Geesteranus, öz növbəsində, hər iki qurum arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Sonra Kəmaləddin Heydərov və Melani Şults van Haegen-Maas Geesteranus “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar. Qəbələdə olan niderlandlı nazir bildirib ki, nazirliklərimiz arasında əməkdaşlığın təməli 2010-cu ildə Kür çayında baş verən daşqınlardan sonra qoyulub. Konkret olaraq su ehtiyatlarının idarə olunması sahəsindəki fəaliyyətimiz öz nəticələrini verməkdədir. Bu, bizim əməkdaşlığımızın uğurla davam etməsinə səbəb olur. O, əməkdaşlığın uğurla davam etməsinə görə şad olduğunu bildirib: “Azərbaycan çox gözəl diyardır. Mənim 2 il öncə Azərbaycana səfər edərkən və indiki gəlişim zamanı təəssüratlarım çox zəngin və heyrətamizdir. Həqiqətən də ölkənizdə iqtisadi inkişaf göz qabağındadır. İqtisadi inkişaf isə həm geniş imkanlar yaradır, həm də bəzi problemlərin həllini tələb edir. Azərbaycanda olduğu kimi, Niderlandda da su ehtiyatlarının düzgün idarə olunması, xüsusilə içməli su mənbələrinin təmin olunması, kənd təsərrüfatının su ilə təminatı vacib məsələdir. Əhalinin su ehtiyaclarının ödənilməsi və bu sahədəki bəzi problemlərin müəyyən edilərək həll olunması baxımından birgə iş birliyimiz mühüm əhəmiyyətə malikdir”. Nazir Niderland Krallığından olan bir çox şirkətlərin artıq 4 ildir ki, Azərbaycanda fəaliyyət göstərdiyini bildirib: “Bu şirkətlər dəniz limanı, eləcə də çay məcralarının, su hövzələrinin dibinin dərinləşdirilməsi və Bakı buxtasının təmizlənməsi ilə bağlı fəaliyyət göstərirlər. Onlar həm şirkətlərdir, həm də elmi-tədqiqat mərkəzləridir. Mən nazirliklər arasında birgə fəaliyyətimizin daha da genişlənəcəyinə ümid edirəm”. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə bildirib ki, dənizin kənarında torpaq və su sahələrinin təmizlənib əhalinin istifadəsinə verilməsi qarşımızda duran mühüm vəzifələrdən biridir: “Bunu Prezident İlham Əliyev bizim qarşımıza vacib bir məsələ kimi qoyub”. Nazir bildirib ki, Azərbaycan yüksək səviyyədə iqtisadi inkişaf göstəricilərinə malik olan ölkədir və belə inkişaf olan ölkələrdə xüsusən təhlükəsizlik məsələlərinin təminatı mühüm yer tutur: "Bu istiqamətdə ölkəmizdə iri layihələr həyata keçirilir. Bu yaxınlarda Bakıda yeni dəniz limanı, gəmiqayırma zavodu açılıb. Bilirsiniz ki, neftayırma zavodlarının fəaliyyəti nəticəsində torpağa dəyən zərər aradan qaldırılmalıdır". Kəmaləddin Heydərov deyib ki, Niderland Krallığının müvafiq nazirliyi ilə Azərbaycan FHN arasında əməkdaşlıq 2010-cu ildən başlayıb: “Niderlandın bir çox şirkətləri, o cümlədən Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi ilə sıx əməkdaşlığımız var. Bu gün imzaladığımız niyyət protokolu da gələcək işlərimizin davamını əks etdirir. Biz gələcəkdə Abşeron yarımadasındakı çirkli torpaqların təmizlənməsi işlərini davam etdirəcəyik. Bununla bağlı layihələr üzərində iş gedir və yaxın vaxtlarda həmin layihələrin icrasına başlanılacaq”. Nazir Niderland şirkətləri ilə də uğurlu əməkdaşlıq qurulduğunu deyib: “Kür çayında sahilbərkitmə və təmizləmə işləri aparılır. Niderland şirkətlərindən aldığımız gəmilərin fəaliyyəti nəticəsində həmin ərazilərin çox hissəsi təhlükədən xilas olunub”.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Banqladeşdə binada baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb
17.11.2019
Ermənilər atəşkəs rejimini 23 dəfə pozub
17.11.2019
Müxalifətin Əli İnsanov kimi biriylə işbirliyinə girməsi təkcə dövlətə deyil, xalqa da xəyanətdir
17.11.2019
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
17.11.2019
Türkiyədə yol qəzasında 4 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info