Daha bir beynəlxalq qurumun qərargahı Azərbaycanda yerləşəcək
Tarix: 07.11.2014 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Dünən Bakıda Azərbaycan Respublikası hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli nümayəndələrin Dövlətlərarası Şurası arasında bu qurumun qərargahının Azərbaycan Respublikasının ərazisində yerləşməsinin şərtləri haqqında saziş imzalanıb.
Sənədi Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli nümayəndələrin Dövlətlərarası Şurası tərəfindən Beynəlxalq Aviasiya Komitəsinin (BAK) prezidenti və Şuranın sədri Tatyana Anodina imzalayıblar. İmzalanma mərasimindən əvvəl Baş nazirin birinci müavini Yaqub Eyyubovun Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli nümayəndələrin Dövlətlərarası Şurasının nümayəndə heyəti ilə görüşü olub. Xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd edib ki, bu, Azərbaycan üçün çox mühüm sazişdir: “Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli nümayəndələrin Dövlətlərarası Şurasının qərargahının Bakıya köçürülməsi göstərir ki, Azərbaycanın beynəlxalq nüfuzu möhkəmlənir, ölkəmizin regionda, o cümlədən MDB regionunda rolu artır, ən baçlıcası isə Bakıda daha bir beynəlxalq qurumun qərargahı yerləşəcək. Bu isə bizə beynəlxalq təşkilatlar çərçivəsində həmin sazişin iştirakçısı olan dövlətlərlə əməkdaşlıq etmək imkanı verir. Zənnimizcə, saziş əsasında qərargahın Bakıda yerləşməsi və əməkdaşlarının fəaliyyəti üçün ən yaxşı şərait yaradılacaq. Əminəm ki, bu, sazişin iştirakçısı olan bütün dövlətlərin maraqlarına xidmət edəcək”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info