Ərlə arvad bir-birlərinin qanlarını içirlər
Tarix: 07.11.2014 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Britaniyada yaşayan bu ərlə arvad real həyatda da vampir olduqlarını, qan içdikləri, gün ərzində yataraq gecələr aktiv həyat tərzi yaşadıqlarını bildirirlər.
Mançester şəhərinin sakinləri olan 53 yaşlı Vanian və onun xanımı, 27 yaşlıEterial Darklar yaşamlarının qeyri-adi olduğunu etiraf etsələr də, əcaib həyat sürmədiklərini deyirlər.
Vanianla Eterialın sözlərinə görə, vampirlər bərədə yazılan, deyilən və göstərilənlərin əksəriyyəti həqiqətə uyğun deyil.
"Filmlər isə ümumiyyətlə, biabırçılıqdır. Məsələn, "Twilight" kinosaqası vampirlərlə bağlı uydurmalar və yalanlarla doludur. "True Blood" isə tam əksinə, yaxşı filmdir. Qan içməyimizə gəldikdə isə... Kimsəni tutub boğmur, öldürmürük. Zərurət yarananda mən onun, o da mənim qanımı içirik. Normal yaşamdır. Kimə mane oluruq ki?!" – deyə Vanian Dark deyib.
Vanian Darkın sözlərinə görə, gündüzlər yatır, gecə həyatı yaşayırlar.
Eterial Dark isə söyləyir ki, onlar bəzən "Qara qu quşları" adlanan vampir dostlarının yardımlarından da istifadə edirlər: "Onlar bəzən könüllü olaraq bir-iki damla qanlarını bizə verirlər. Çox qan içmirik. Çünki qanı çox içəndə ürək bulanır, baş gicəllənir. Həftədə iki dəfə qan içirik. Ət yeməyi sevirik. Əsasən mal və qoyun əti yeyirik. Başqalarının qanını içmirik. Çünki bələd olmadığımız insanın qanında infeksiya və ya bakteriyalar ola bilər".

Təhminə




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
Bu ərazidən hər gün insan meyiti tapılır
11.11.2019
Yaponiya sahillərində batırılan ABŞ sualtı qayığı 75 ildən sonra tapılıb
10.11.2019
İtaliyada pulsuz evlər paylanılır
10.11.2019
40 nəfərin ölümünə səbəb olan elektron siqaretin törətdiyi fəsadların səbəbi dəqiqləşib
09.11.2019
Azərbaycan universitetlərindəki bu ixtisaslar gələcəkdə lazım olmayacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Prezidentdən Bayraq Günü paylaşımı - Video
2 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub
5 AGAT-ın vitse-prezidenti təyin olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info