“Çexiya şirkətləri Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa maraq göstərirlər“
Tarix: 07.11.2014 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Çexiya şirkətləri Avropa İttifaqının Rusiyaya qarşı məlum sanksiyaları fonunda Azərbaycan bazarını Rusiyaya alternativ kimi nəzərdən keçirir. Çexiyanın sənaye və ticarət naziri Yan Mladek dekabrın əvvəlində Azərbaycana qarşıdakı səfəri zamanı bu sahədə əməkdaşlıq perspektivlərini müzakirə etmək niyyətindədir. Bu barədə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev bildirib. Onun sözlərinə görə, Çexiya Azərbaycandan kənd təsərrüfatı məhsullarının, xüsusilə meyvə-tərəvəz, eləcə də şərab və qənnadı məmulatlarının idxalında maraqlıdır. Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavini Voytex Filip və parlamentin Kənd təsərrüfatı komitəsinin sədri Yaroslav Faltinek bu yaxınlarda Azərbaycana səfərləri zamanı bu sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Diplomat qeyd edib ki, kənd təsərrüfatı hazırda Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun prioritet sahəsidir: "Getdikcə daha çox Çexiya şirkəti bu sahədə əməkdaşlığa maraq göstərir".
Çexiyanın ticarət və sənaye nazirini Azərbaycana qarşıdakı səfəri zamanı ölkənin işgüzar dairələrinin təqribən 40 nümayəndəsi müşayiət edəcək.
Qeyd edək ki, Azərbaycan və Çexiya ticari-iqtisadi sahədə uğurla əməkdaşlıq edirlər. Belə ki, ötən ilin yekunları üzrə iki ölkə arasında əmtəə dövriyyəsi təqribən 1,5 milyard dollar təşkil edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info