Suriyada təhlükəli terrorçu lider məhv edilib
Tarix: 07.11.2014 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Suriyada ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində “Xorasan” terror qruplaşmasının liderlərindən biri məhv edilib.
İTAR TASS-ın verdiyi xəbərə görə, “Predator” tipli pilotsuz təyyarəsi Suriyanın İdlib əyalətində hərəkətdə olan avtomobilə raket zərbəsi endirib. Zərbə nəticəsində avtomobildə olan partlayıcı qurğular üzrə mütəxəssis 24 yaşlı Fransa vətəndaşı David Drüjon və daha bir terrorçu ölüb.
Məlumata görə, Drüjon 14 yaşında olarkən İslam dinini qəbul edib. 2010-cu ildə Misirdə ərəb dilini öyrənib, sonra isə Pakistana gedərək “Əl Qaidə”yə qoşulub.
ABŞ kəşfiyyatının məlumatına görə, “Xorasan” qruplaşmasına Əfqanıstan və Pakistandan Suriyaya gəlmiş “Əl Qaidə”nin veteranları daxildir. Qruplaşma, əsasən, qərb dövlətlərinin ərazisində terror aktlarının hazırlanması ilə məşğuldur.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info