Rusiyalı tamaşaçılar azərbaycanlı aktyorlara heyran qalıblar
Tarix: 07.11.2014 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pantomim Teatrının Moskva səfəri başa çatıb. Kollektiv Rusiya paytaxtının “Na Strasnom” Teatr Mərkəzində tamaşaçılara növbəti maraqlı yaradıcılıq layihəsini – dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanı əsasında rejissor Ceyhun Dadaşovun səhnələşdirdiyi “Mankurt” tamaşasını nümayiş etdirib.
Həmin gün tamaşaçılar arasında olan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu müsahibəsində deyib ki, dünyanın mədəniyyət mərkəzlərindən biri olan Moskva tamaşaçıları çox tələbkardırlar. Mənim üçün çox xoşdur ki, yüksək peşəkarlıq nümayiş etdirən Pantomim Teatrı aktyorlarının tamaşası hərarətlə qarşılandı. Bu, bir azərbaycanlı kimi bizim hamımızı sevindirir.
“Mankurt” tamaşası müasir dövrdə daha da kəskinləşən müharibə mövzusunu qabardır, yurd-yuvasından didərgin düşmüş, soyunu-kökünü unutmuş insanların faciəsindən bəhs edir.
Maraqlı quruluşu, aktyorların peşəkar oyunu, rəngarəng musiqi tərtibatı ilə “Mankurt” tamaşası böyük hərarətlə qarşılandı. Pantomim Teatrının gənc kollektivi “Bravo!” və “Bis!” sədaları altında minnətdar tamaşaçılara təzim etmək üçün dəfələrlə səhnəyə qayıtdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Gənc Tamaşaçılar Teatrında “Şən Elf və cadugər”in premyerası olub
06.12.2019
Almaniyanın Wurzburq şəhərində Azərbaycan Günü keçirilib
06.12.2019
Akademik Musiqili Teatrda “Nəsimi”ni alqışlarla qarşılayıblar
06.12.2019
Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
06.12.2019
Bakıda “Viva Opera“ adlı qala konsert keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info