“Ərazilərin işğalı olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi”
Tarix: 07.11.2014 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


“Azərbaycan svilizasiyaların kəsişməsində yerləşir, mədəniyyətlərarası və dinlərarası dialoqa xüsusi önəm verir”. Bunu bu gün Bakıda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində AŞ-ın Qonşu regionlar üzrə siyasətinə dair keçirilən yüksək səviyyəli beynəlxalq konfransda xarici işlər naziri Elmar Məmmədyarov deyib.
E. Məmmədyarov bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Nazir Azərbaycanın artıq Afrika və Asiya ölkələrinə yardım həyata keçirən donor ölkəyə çevrildiyini vurğulayıb. XİN rəhbəri deyib ki, Dağlıq Qarabağ münaqişəsi, ərazilərin işğalı olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi: “BMT Təhlükəsizlik Şurasının ərazilərin işğaldan azad edilməsi ilə bağlı 4 qətnaməsinin yerinə yetirilməməsi təəssüf doğurur”.
E. Məmmədyarov bu tədbirin Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə sonuncu tədbir olduğunu vurğulayıb. Nazir qeyd edib ki, noyabrın 13-də Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyini Belçikaya təhvil vermək üçün Strasburqda olacaq: "Bu müddət ərzində Azərbaycan korrupsiya, gənclərin təhsili və digər tədbirlərin təşəbbüskarı olub. Azərbaycan Avropa Şurasının Qonşu regionlar üzrə siyasətinin güclü tərəfdarıdır. Qonşuluq Siyasəti 3 il əvvəl İstanbulda başlanıb. Ümidvaram ki, gələn il ilk Avropa Oyunlarına baxmaq üçün Azərbaycana səfər edəcəksiniz”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
TÜRKPA Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib
19.03.2019
Fond yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təntənəli mərasim təşkil edib
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info