“Müxalifət mitinq keçirə bilmir, çünki sosial bazaları yoxdur”
Tarix: 07.11.2014 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


“Milli Şura”nın noyabrın 10-da keçirəcəyi mitinq sifarişli mitinqdir. Bu mitinqin Azərbaycan xalqına, Azərbaycanda demokratiyanın inkişafına, xalqın rifah halının yaxşılaşdırılmasına heç bir aidiyyəti yoxdur”. Bu barədə “Trend”ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, bu, sadəcə olaraq xaricdəki erməni lobbisi və ayrı-ayrı qurumlar tərəfindən ayrılmış maliyyə hesabına keçirilən mitinq olacaq: “Heç mitinq də yox, piket olacaq. Bunlar mitinq keçirə bilmirlər, çünki sosial bazaları yoxdur. Burada məqsəd şəkillər çəkib müxtəlif Avropa qurumlarına material verməkdir ki, onlar da bundan istifadə edib Azərbaycana bu və ya digər şəkildə təzyiqlər göstərsinlər. İkinci bir məqsəd də ondan ibarətdir ki, həm “Milli Şura” rəhbərliyində olanlar, həm də onların ətrafında olanlar bundan kifayət qədər pul mənimsəsinlər”. O, qeyd edib ki, artıq AXCP-də bu məsələ ciddi şəkildə qalxıb, bir neçə funksioneri istefa verib və bilavasitə bunları ifşa edib: “İstefa verənlər də qeyd ediblər ki, bunlar xaricdən vəsait almaqla, xaricə işləməklə Azərbaycanın milli maraqlarını satırlar. Bu baxımdan da bir daha sübut olundu ki, bura toplaşan qüvvələrlə xaricdə Azərbaycan əleyhinə erməni lobbisinin heç bir fərqi yoxdur”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info