Tovuzda ikimərtəbəli bağça tikilir
Tarix: 07.11.2014 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Tovuzun Qovlar şəhərində yeni bağça inşa olunur. Müasir standartlara uyğun inşa edilən bağçada uşaqların əylənmələri üçün atraksionlar da quraşdırılacaq. Tikilməkdə olan bağça 80 yerlikdir.
Qeyd edək ki, tikintinin layihəsinə 2014-cü ilin oktyabrında başlanılıb. 2 mərtəbədən ibarət olacaq bağçada müasir avadanlıqlar quraşdırılacaq. Eyni zamanda uşaqların əylənməsi üçün müxtəlif yelləncək və əyləncəli atraksionlar qurulacaq. Binada istilik və havalandırma sistemi də olacaq. Zəlzələyə davamlı inşa ediləcək bağçanın 1-ci mərtəbəsində tikinti işi yekunlaşmaq üzrədir.
İş icraçısı Məsim Kazımov deyib ki, hazırda 1-ci mərtəbənin örtüyünə beton tökülür: “Təqribən 2-3 gün sonra 2-ci mərtəbənin hörük işinə başlayacağıq. 1 ay ərzində bütün beton və hörük işi tamamlanacaq. Sonra dam örtüyünün vurulmasına başlanacaq”.
Xatırladaq ki, layihəyə əsasən bağçada ümumilikdə 16 otağın tikilməsi nəzərdə tutulur. Bura yataq, tədris, sanitar otaqları, tibb, yeməkxana və inzibati korpus daxildir. Bağçanın tikintisinin bu ilin sonuna qədər yekunlaşması nəzərdə tutulur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info