Türkiyədəki azərbaycanlılar artıq dərnək fəaliyyətindən akademik fəaliyyətə keçməlidirlər
Tarix: 07.11.2014 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


İstanbul Azərbaycan Türkiyə Dərnəyinin (İSTAD) İdarə heyətinin toplantısı keçirilib. Təşkilatın yeni ofisində baş tutan toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. İclasda Türkiyədəki digər diaspor təşkilatların, buradakı Azərbaycan diasporunun fəaliyyəti, problemləri və onların həlli yolları, eləcə də ermənilərin qondarma soyqırımı təbliğatına qarşı mübarizə məsələləri müzakirə edilib. Qeyd olunub ki, Türkiyədəki azərbaycanlılar artıq dərnək fəaliyyətindən akademik fəaliyyətə keçməli, soydaşlarımızın ölkənin ictimai-siyasi həyatında fəal iştirakı təmin olunmalı, parlament və bələdiyyə seçkilərində iştirakı dəstəklənməlidir.
Toplantıda Türkiyə mətbuatında Azərbaycana dair materialların yetərincə olmaması və ermənilərin bu boşluqdan ustalıqla istifadə etməsi barədə də geniş fikir mübadiləsi aparılıb. Türkiyənin kütləvi informasiya vasitələrində müntəzəm olaraq Azərbaycan həqiqətləri, Ermənistanın təcavüzü, erməni vəhşilikləri və ümumiyyətlə, ölkəmiz barədə yazılar və videomaterialların yerləşdirilməsinin vacibliyi qeyd olunub.
İSTAD İdarə heyətinin toplantısında iştirak edənlər qardaş ölkə olmasına rəğmən Azərbaycan mədəniyyətinin Türkiyədə geniş təbliğinə böyük ehtiyac olmasını da vurğulayıblar. Bu məqsədlə Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasovanın təşəbbüsü ilə yaxın vaxtlarda Hüseyn Cavidin “İblis” əsərinin İstanbul Teatrında səhnələşdiriləcəyi xəbəri təqdirəlayiq hal kimi qiymətləndirilib və bu istiqamətdə daha ciddi fəaliyyət göstərilməli olduğu bildirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək
03.04.2020
Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı
03.04.2020
Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
03.04.2020
DMX koronavirusla bağlı növbəti videoçarx hazırladı - VİDEO
03.04.2020
Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info