“Azərbaycan və İranda qarşılıqlı investisiyaların həcmi artırılmalıdır”
Tarix: 07.11.2014 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


"İran və Azərbaycan arasında ticarət dövriyyəsinin həcminin 10 milyard dollara qədər artırılması üçün hər iki ölkədə geniş potensial var və buna nail olacağımıza inanıram". Bunu Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi deyib.
M.Vaezi bildirib: "İki ölkə arasında əlaqələrin gələcəyini yaxşı görürəm və bu əlaqələrin inkişaf edəcəyinə inanıram, lakin əlaqələrin arzuolunan inkişafına çatmaq üçün bir sıra işlər görülməlidir".
İran rəsmisi iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün İran və Azərbaycanın bank və gömrük sahələrində əlaqələrinin tənzimlənməsini, yükdaşımalar üçün əlverişli şərait yaradılmasını, hər iki ölkənin özəl sektorunun əməkdaşlığının artırılmasını zəruri hesab edib.
M.Vaezi Azərbaycan və İranın neft, qaz, elektrik enerjisi sahəsində də əməkdaşlığının artırılmasından danışıb və deyib ki, Azərbaycan və İranda qarşılıqlı investisiyaların həcmi artırılmalıdır: "İki ölkə arasında qarşılıqlı investiyaların yatırılması sahəsində öncədən imzalanmış sənəd var və bu sənəd hələdə qüvvədədir.”
Onun sözlərinə görə, 12-də İran Prezidenti Həsən Ruhani Azərbaycana ikigünlük səfər edəcək. “Bizim səfərimiz zamanı məhz prezidentin səfəri zamanı imzalanacaq sənədlərin müzakirəsi və bəzi məsələlərin razılaşdırılması nəzərdə tutulub. Bu sənədlər siyasi, mədəniyyət, turizm, ticarət, sığorta, iqtisadi əməkdaşlıq, Azərbaycandan elektrik enerjisinin alışı, gömrük prosedurlarının sadələşdirilməsi kimi sahələrdədir. Bunlardan bəziləri memorandum, bəziləri də müqavilədir”.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı iki ölkə arasında 10 sənəd imzalanacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info