Rəqəmsal TV-yə tam keçid artıq 2015-ci ilin ikinci yarısında baş tuta bilər
Tarix: 07.11.2014 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Rəqəmsal televiziya yayım standartına tam keçid 2015-ci ilin ikinci yarısına gözlənilir. Bunu jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. Daha əvvəl bunun 2014-cü ilin sonunadək baş verəcəyi planlaşdırılırdı.
Onun sözlərinə görə, ölkə əhalisi rəqəmsal TV siqnalı ilə 100 faiz əhatə olunmayanadək analoq siqnal dayandırılmayacaq: "Hazırda rəqəmsal yayımla analoqla paralel həyata keçirilir. Hələ rəqəmsal TV ilə əhatə olunmayan yaşayış məntəqələri var, bunlar əsasən ucqar yaşayış məntəqələridir. Ölkə əhalisinin təqribən 3-4 faizi rəqəmsal TV yayımı ilə əhatə olunmayıb. Güman edirəm ki, ilin sonunadək əhatə tam təmin ediləcək. Ölkədə rəqəmsal TV-yə tam keçid artıq 2015-ci ilin ikinci yarısında baş tuta bilər".
Əhalinin aztəminatlı təbəqəsinə rəqəmsal dekoderlərin verilməsini şərh edən nazir bildirib ki, Azərbaycanda elə bir ailə yoxdur ki, rəqəmsal dekoder əldə etmək imkanı olmasın. Lakin bu məsələ rəqəmsal yayım dayandırılanadək həll olunacaq ki, bu da ölkə vətəndaşlarının hamısının dekoder əldə etməsinə imkan yaradacaq".
Bazarda belə qurğunun dəyəri 20-30 manatdır ki, bu da dekoderi hamı üçün əlçatan edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info