Vüqar Bayramov: “Yeni konsepsiya pensiya-sığorta sistemində maliyyə dayanıqlığını gücləndirəcək”
Tarix: 07.11.2014 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Ölkə başçısının imzaladığı “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda pensiya sistemi ilə bağlı konsepsiya pensiya sistemində islahatların yeni mərhələsinə qədəm qoyulması kimi xarakterizə edilir. Bu barədə bizə açıqlama verən ekspert Vüqar Bayramov qeyd etdi ki, sözügedən sənədin imzalanması ölkəmizdə pensiya sahəsində aparılan islahatların uğurla davam etdirilməsi istiqamətində siyasi iradəni bir daha təsdiq edir: “Bu konsepsiya sığorta ödənişləri ilə pensiya məbləği arasında mütənasibliyi gücləndirməyi, sığorta təminatında maliyyə bazasının genişləndirilməsini, sığortanın baza hissəsinin ləğvini və bunun minimum sığorta məbləğinə uyğunlaşdırılmasını nəzərdə tutur”.
Hazırda ölkədə 1,2 milyon pensiyaçı var, sığorta ödəyicilərinin sayı 2,7 milyon nəfərdir: “Bu islahat əsasən, daha çox sosial ödəniş edən vətəndaşa daha çox pensiya almaq imkanı verəcək. Pensiyanın məbləği müəyyənləşdirilən zaman sığorta ödənişləri əsas meyar kimi götürülsün və nəticədə sosial sığorta ödəyənlərin sayını artırmaq mümkün olsun. Yeni sistem yüksək maaş alan vətəndaşın pensiyaya çıxan zaman yüksək pensiya almasına, eyni zamanda yüksək əməkhaqqı alan vətəndaşın əməkhaqqını rəsmiləşdirməkdə maraqlı olmasına marağını artırır.
Konspesiya eyni zamanda əmək müqavilələrinin rəsmilləşdirilməsinə nail olmağı və ikili mühasibatlığın aradan qaldırılmasını əsas hədəf kimi görür. Hal-hazırda pensiya alanlarla muzdlu işçilər arasında fərqin böyük olmamasının səbəblərindən biri əmək müqavilələrinin bağlanmamasıdır. Pensiya ödənişlərində dövlət büdcəsinin rolunun azaldılması imkan verir ki, gələcəkdə pensiya ödənişləri birbaşa yığımlar əsasında həyata keçirilsin. Bu, eyni zamanda pensiyaların dövlət büdcəsinin gəlirlər hissəsi və hətta, son zamanlar daha çox müzakirə edilən neftin dünya bazarında qiyməti arasındakı əlaqənin minimumlaşdırılmasına hesablanıb”.
2014-cü il üçün Dövlət Sığorta Fondunun xərcləri 2,9 milyard manatdan çoxdur. Amma bu məbləğin 1 milyard 142 milyon manatı büdcədən ayırmaların hesabına düşür: “Bu isə o deməkdir ki, pensiya ödənişlərinin 39 faizi dövlət büdcəsindən asılıdır. Yəni pensiya üçün ödənilən hər 100 manatın 39 manatı dövlət büdcəsindən ödənilir. Bu da dövlət büdcəsindən asılılığın yüksək olmasını göstərir”.
Konsepsiya DSMF büdcəsinin artımı ilə yanaşı, dövlət büdcəsindən pensiyaların verilməsi üçün ayrılan vəsaitin azaldılmasını qısa və uzunmüddətli hədəf kimi qarşıya qoyur: “Gələcəkdə qısa müddətdə 30, orta müddətli dövrdə 20%, daha sonra isə birrəqəmli həddə endirilməsi gözlənilir.
Konsepsiya eləcə də vətəndaşlara özəl pensiya fondlarından istifadə imkanı da verəcək. Özəl pensiya fondlarının yaranması ideyası beynəlxalq təcrübəyə əsasən həyata keçirilir. Nəzərə alsaq ki, dünyanın əksər ölkələrində özəl pensiya fondları fəaliyyət göstərməkdədir. Azərbaycanda özəl pensiya fondlarının yaradılması ona görə vacibdir ki, bu fondun yaradılması ideyası pensiyanın əlavə gəlirlərinin artmasına uyğun olaraq formalaşan ideyadır və əhali bundan sonra özəl müdafiə fondlarına ödəniş etmək imkanlarına malik olur. Bu da imkan verir ki, əhali yalnız dövlət pensiya fondlarına deyil, eyni zamanda özəl sosial müdafiə fondlarına da ödəniş etsin. Bu, artıq könüllü şəkildə vətəndaş tərəfindən seçim edilməsidir. Vətəndaş könüllü şəkildə özəl pensiya fondlarına ödəniş edilməsi ilə bağlı qərar qəbul edir. Burada vətəndaş vəsaitin bir hissəsini özəl pensiya fondlarına ödəməklə gələcəkdə daha yaxşı pensiya təminatına nail olacaq. Bu da imkan verəcək ki, vətəndaş daha yaxşı təmin olunmuş pensiya əldə etsin. Çünki pensiya yaşı tamam olan zaman vətəndaş həm dövlət pensiya fondundan, həm də özəl pensiya fondundan ödənişlərə uyğun olaraq pensiya əldə etmək imkanı qazanacaq. Bu da imkan verəcək ki, artıq hər bir vətəndaş və imkanı olan vətəndaş artıq gənc yaşında yaşlılıq dövrü üçün sosial təminatı təmin etsin. Məsələn, vətəndaşın aylıq gəliri 1500 manatdırsa, onun bir hissəsini (aylıq olaraq 30, 50, hətta 10 manatını belə) özəl pensiya fonduna ödəmək imkanı olacaq. Bu vəsait hər hansı şəxsin, büdcəsində böyük paya malik olmayan pulu özəl pensiya fonduna keçirməklə öz gələcək həyatını sosial baxımdan təmin etmiş olacaq. Dövlət üçün əhəmiyyəti ondan ibarətdir ki, dövlət bununla vətəndaşların vəsaitinin bir qismini cəlb edəcək. Vətəndaşların vəsaitinin bir qisminin cəlb edilməsi imkan verəcək ki, həmin vəsaitlər idarə olunsun”.
Ekspertin fikrincə, bütövlükdə, yeni konsepsiya pensiya-sığorta sistemində aparılan islahatların yeni mərhələyə qədəm qoymasına gətirib çıxarmaqla yanaşı eyni zamanda bu sferada maliyyə dayanıqlığının güclənməsinə səbəb olacaq.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info