“Sən ey istiqlalımın əbədiyyət sancağı - Azərbaycan bayrağı”
Tarix: 07.11.2014 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Dövlət Bayrağı Günü münasibətilə tələbə elmi konfransı keçirilib. Tarix-filologiya fakültəsinin təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə öz işinə başlayıb. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş nitqində bu günün tarixi əhəmiyyətindən, xalqımızın müstəqillik uğrunda şərəfli mübarizə yolundan danışıb. Rektor tələbə gənclərin milli ruhda yetişməsi, onlarda dövlətçilik ideologiyası və siyasi təfəkkürün formalaşmasında belə tədbirlərin zəruriliyini vurğulayıb, Azərbaycan Respublikasının Dövlət bayrağının müstəqillik rəmzi, milli qürur və şərəf mənbəyi olduğunu bildirərək kollektivi bayram münasibətilə təbrik edib. Konfransda tarix müəllimliyi ixtisası üzrə II kurs tələbələri Türkanə Zeynalova “Üçrəngli bayrağın tarixi”, Əfsanə Hüseynova isə “Heydər Əliyev və Azərbaycan bayrağı” mövzusunda məruzələr ediblər. Qeyd olunub ki, 1918-ci il 9 noyabr tarixində, Azərbaycan Demokratik Respublikasının (1918-1920) dövründə yaradılan dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında dövlət bayrağı kimi təsdiq edilib, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi ilə bağlı vəsatət qaldırılıb. Üçrəngli bayrağımız 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edilib. Azərbaycan Respublikasının Dövlət bayrağından istifadə, dövlət rəmzi kimi toxunulmazlığı müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapıb. Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə II kurs tələbələri Şamama Tağıyeva “Azərbaycan bayrağının bədii ədəbiyyatda tərənnümü”, Tərlan Həsənova “Üçrəngli bayrağın ideya müəllifləri” mövzulu məruzələrində vurğulayıblar ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşamış Azərbaycan bu gün bütün azadlıqların qorunduğu müstəqil ölkə kimi inkişaf etməkdədir. Dövlət atributlarına olan yüksək ehtiramın təzahürüdür ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. Bakıda, ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan Dövlət Bayrağı Meydanında dünyanın ən möhtəşəm bayrağı əzəmətlə dalğalanır, digər dövlət rəmzləri əks olunur. Ölkə başçısının təşəbbüsü ilə yaradılan Dövlət Bayrağı Muzeyi fəaliyyət göstərir. Tarixən toxunulmaz, müqəddəs olan Azərbaycan bayrağı milli ədəbiyyatımızda, xüsusən poeziyamızda and yeri, səcdəgahımız kimi ehtiram və sevgi ilə tərənnüm olunur. Konfransda Azərbaycanın müstəqillik tarixi ilə bağlı slaydlar nümayiş olunub, Azərbaycanın dövlət müstəqilliyinə, ümummilli lider Heydər Əliyevə, dövlət bayrağına həsr olunmuş şeirlər bədii qiraət olunub.
Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri






 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info