Tokioda əfsanəvi bakılı kəşfiyyatçının anım mərasimi keçirilib
Tarix: 07.11.2014 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Əfsanəvi kəşfiyyatçı, əslən bakılı Rixard Zorgenin ölümünün 70-ci ildönümü ilə əlaqədar noyabrın 7-də Tokioda anım mərasimi keçirilib.
Mərasim iştirakçıları – Rusiyanın Yaponiyadakı səfirliyinin əməkdaşları, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin adını daşıyan məktəbin şagirdləri məşhur kəşfiyyatçının Tokio yaxınlığında yerləşən Tama qəbiristanlığındakı məzarını ziyarət ediblər.
Əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin rəhbərlik etdiyi qrup II Dünya müharibəsi zamanı düşmən tərəf haqqında verdiyi iki məlumatla diqqəti cəlb edib. Bunlardan birincisi Almaniyanın Sovet İttifaqına hücumunun vaxtı və bu zaman düşmən tərəfinin tətbiq edəcəyi qüvvələr barədə idi. İkinci məlumat isə Yaponiyanın SSRİ-yə hücum etməyəcəyi haqda xəbər idi. Mütəxəssislərin qənaətinə görə, bu xəbər müharibənin gedişinə əsaslı təsir göstərmişdi. Məhz bu məlumat əsasında Sovet İttifaqı ölkənin şərqində yerləşən diviziyaları qərb cəbhəsinə köçürərək müharibənin gedişatında əsaslı dönüşə nail ola bilib.
Yaponiyada Rixard Zorge istedadlı və istiqanlı, adı romantik hekayələrlə bağlı insan kimi xatırlanır. 2000-ci ildə “Asahi” qəzetinin minilliyin ən nüfuzlu şəxsiyyətləri barədə keçirdiyi sorğu zamanı Rixard Zorgenin adı “Yaponiya tarixinə düşmüş 100 nəfər” siyahısına daxil edilib.
R.Zorge 1933-cü ildən başlayaraq Yaponiyada alman qəzetlərinin müxbiri kimi çalışıb, eyni zamanda, sovet kəşfiyyatına xidmət edib. Zorgenin bacarıqla işlədiyi analitik yazılar tezliklə ona Almaniya səfirliyinə yol açmaqda kömək edib. Səmimiliyi, geniş dünyagörüşü, biliyi və ağlı nəticəsində hərbi attaşe ilə dostluq münasibətləri quran R.Zorge çox çəkmədən səfirliyin mətbuat attaşesi təyin edilib.
R.Zorgenin həbsdə olduğu dövr belə romantik çalarlarla zəngin idi. Belə bir söhbət gəzir ki, R.Zorge SSRİ-nin xeyrinə kəşfiyyat aparmasını boynuna almağa onun qrupunda olan qadınların azad edilməsi şərti ilə razılıq vermişdi. O, 1944-cü il noyabrın 7-də edam olunub.
Yalnız 1964-cü ildə - ölümündən 20 il sonra Zorgeyə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Hazırda Bakıda, əfsanəvi qəhrəmanın anadan olduğu şəhərdə onun abidəsi, adını daşıyan məktəb, muzey və küçə var. Bundan başqa, R.Zorgenin adı Moskva, Lipetsk, Kazan, Ufa, Rostov-Don, Astana, Novosibirsk və Sankt-Peterburq şəhərlərində də əbədiləşdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info