“Corriere della Sera”: “Obama Xamneyiyə İŞİD-lə bağlı gizli məktub yazıb”
Tarix: 07.11.2014 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Obamanın Xamneyiyə gizli məktubunda İŞİD-ə qarşı birgə fəaliyyət və nüvə ilə bağlı anlaşma əks olunub.
Vaşinqtonun müttəfiqləri İran liderinə məktubla bağlı xəbərdar olunmayıblar. Çünki ABŞ İsrail və Fars körfəzi monarxiyalarının bu məktubdan xəbər tutmasını istəməyib. Bu barədə müəllif Quido Olimpio “Corriere della Sera” qəzetində yazır. Qeyd edilir ki, ABŞ-ın regiondakı müttəfiqləri və Respublikaçılar Obamanın bu addımından narazı qalacaqlar: “Çünki onun bu təşəbbüsləri İranla mümkün pakt bağlanmasından xəbər verir.
Amerikan lideri İran lideri Xamneyiyə yeni gizli məktub yazıb. Bununla Ağ ev İŞİD-ə qarşı əməkdaşlığı yeniləmiş olur”.
Bildirilir ki, bu barter ideyası yeni deyil. Onu ABŞ təklif edib, İran rəhbərliyi dəstəkləyib. Məlum olub ki, İŞİD-ə qarşı hamısı barrikadanın bir tərəfindədir. Bu layihədən kimsə imtina etməmişdi, o, sadəcə öz vaxtını gözləyirdi. Oktyabrda Obama Xamneyiyə birbaşa müraciət etməyi qərara aldı. Bunun üçün o, paralel olaraq İranın nüvə proqramı ilə bağlı danışıqlara da başlamağı vacib saydı.
Ağ evin hələ iki il öncə başlamış dialoq təşəbbüsləri bir çox maneələri keçməli idi. Məsələn, İran nomenklaturasının bir hissəsinin kəskin neqativ mövqeyi, Fars körfəsi monarxiyalarının müxalif mövqeyi və İsrailin bu yaxınlaşma təşəbbüslərinə mənfi münasibətlərindən söhbət gedə blər. Buna görə də təsadüfi deyil ki, ABŞ tərəfi Obamanın İran liderinə gizli məktubu ilə bağlı müttəfiqlərini xəbərdar etməyib. Nəhayət, İranla dialoq antiİŞİD qruplaşmasını gözdən salmağa başlayıb. Belə ki, əvvəllər buna antiiran mövqedə olan Səudiyə Ərtəbistanı və sair tərəflər də qoşulmaq həvəsində idilər. Məqalədə daha sonra qeyd edilir: “Obama üçün potensial tərəfdaşa həddindən ziyadə inanmağın qurbanına çevrilməkdən pis şey ola bilməz. O, Xamneyiyə məktubuna görə bu gün cavab verməlidir”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info