Mahmud Vaezi: “Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlıyıq”
Tarix: 07.11.2014 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Nümayəndə heyətinə enerji, kənd təsərrüfatı, rabitə, bankçılıq, mədəniyyət və s. sahələr üzrə İranın dövlət qurumlarının məsul şəxsləri daxildir.
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, Hökumətlərarası Komissiyanın sonuncu iclasında əldə olunmuş razılaşmalar üzrə görülən işlər, eləcə də əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair məsələlər müzakirə edilib. İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev 2014-cü ildə Azərbaycan və İran dövlət başçıları arasında keçirilmiş görüşlərin, aparılan danışıqların ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini, hazırda iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini vurğulayıb. İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezi İranın qonşu Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Mahmud Vaezi Azərbaycan-İran əlaqələrinin yüksələn xəttlə inkişaf etdiyini, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqustunda keçirilmiş 9-cu iclasında əldə edilmiş razılığa uyğun olaraq, aparılan işlərin gedişi barədə fikir mübadiləsi aparılıb, bir sıra sahələrdə ciddi irəliləyişlərə nail olunduğu qeyd edilib. Müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı perspektivləri barədə hər iki tərəfin əlaqədar qurumlarının mütəmadi müzakirələr aparması məqsədəuyğun hesab edilib.


İlkin




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info