TUMİB “Bayrağımız-dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir” mövzusunda tədbir keçirib
Tarix: 07.11.2014 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi bu gün Bakı Avrasiya Universiteti ilə birgə “Bayrağımız-dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir” mövzusunda “dəyirmi masa” keçirib. Tədbir Qaradağ rayonundakı 233 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi, karate üzrə dünya və Avropa çempionu ismayıl Bayramzadənin Azərbaycanın dövlət bayrağını salona gətirməsi ilə başlayıb.
Bakı Avrasiya Universitetinin prorektoru Mənsim Məmmədov çalışdığı təhsil ocağında gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində görülən işlərdən danışıb. M.Məmmədov bildirib ki, təqvimdəki əlamətdar günlər Bakə Avrasiya Universitetinin kollektivi tərəfindən həmişə yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Prorektor analoji tədbirlərin bundan sonra da davam etdiriləcəyini deyib.
TUMİB sədri Çingiz Bayramov öz çıxışında Azərbaycanın müstəqillik tarixinə nəzər salıb. Ç.Bayramov deyib ki, Azərbaycan Respublikasının üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilib: “Sovet hökumətinin qurulması Azərbaycanın müstəqilliyini itirməsi ilə nəticələndi. Amma SSRİ süqut edəndən sonra tarixi ədalətsizliyi bərpa etmək mümkün oldu. Belə ki, üçrəngli bayrağımız 1990-cı il noyabr ayının 17-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi. Bundan bir müddət sonra, 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti ay-ulduzlu bayrağımızın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsinə qarar verdi. 2009-cu il noyabr ayının 17-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Azərbaycanda Dövlət Bayrağı günü elan edilməsi barədə sərəncam imzaladı. Həmin tarixdən etibarən hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ulu öndər Heydər Əliyevin təbirincə desək, bayrağımızı dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Onu göz-bəbəyimiz kimi qorumaq hər birimizin borcudur”.
Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin ikinci katibi Murad Yalçın iki qardaş ölkə arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluğunu dilə gətirib. Türkiyəli diplomat Azərbaycanın ay-ulduzlu bayrağını öz ölkəsinin bayrağı qədər sevdiyini deyib. M.Yalçın tələbə-gəncləri dövlət atributlarını sevməyə və təbliğ etməyə səsləyib.
TUMİB İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə dövlət müstəqilliyinin qorunmasında gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb. S.Verdizadə tələbələri milli-mənəvi dəyərlərimizin keşiyində dayanmağa çağırıb: “Sizlər yad ideologiyaların təsirinə düşən həmyaşıdlarınızı bu yoldan çəkindirməklə Azərbaycanın dövlət müstəqilliyinin güclənməsinə layiqli töhfə verə bilərsiniz”.
Tədbirdə həmçinin Bakı Avrasiya Universitetinin regionşünaslıq fakültəsinin dekanı Əjdər Yunusov, BAU-nun tələbə-Gənclər təşkilatının sədri Kamil Məhəmmədli, TUMİB Gənclər Mərkəzinin üzvü Aynur Orucova və başqaları çıxış edərək, mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat
05.04.2020
Ailə TV karantinlə bağlı əhaliyə növbəti güzəştlər edib
05.04.2020
Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın -VİDEO
05.04.2020
Azərbaycanda koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib
04.04.2020
Baş nazir Tədbirlər Planını təsdiqlədi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info