Həsən Cabbarzadənin 95 illik yubileyi
Tarix: 07.11.2014 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Bu gün “Xalq qəzeti” redaksiyasında nəşrin keçmiş əməkdaşı Həsən Cabbarzadənin 95 illik yubileyi ilə bağlı anım mərasimi keçirilib. Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin düzənlədiyi mərasimi MŞ sədri Əflatun Amaşov açıb.
Ə. Amaşov bildirib ki, Azərbaycan mətbuatının tanınmış simalarından biri olan Həsən Cabbarzadə 37 il “Kommunist” (indiki “Xalq qəzeti”) redaksiyasında çalışıb. Yaşlı nəslin nümayəndələri onun “Mətbuat xülasəsi”, “Son poçt”, “Rayon qəzetlərinin səhifələrində” və digər rubrikalar altında dərc edilən dərin məzmunlu məqalələrini indi də yaxşı xatırlayırlar. Jurnalistik fəaliyyətə Təbrizdə demokratik hərəkat dövründə başlamış Həsən müəllim bu tayda da uzun illər anadilli mətbuatımızın inkişafı yolunda fədakarlıqla çalışıb.
Yubilyarın mübarizə yoldaşı və dostu, xalq şairi Söhrab Tahir mərhum haqqında xatirələrini danışaraq deyib ki, H. Cabbarzadənin atası Məmmədəli kişi də mətbuata bağlı insan olub. O, Təbrizdə “Humay” kinoteatrı ilə üzbəüz mətbəədə çap maşınında işləyirdi, Səttərxan, Xiyabani hərəkatının fəal iştirakçılarından olmuşdu. Seyidcəfər Pişəvəri tez-tez onun çalışdığı mətbəəyə gələrdi və “Azərbaycan” qəzetində dərc ediləcək materialları redaktə edərdi. Həsən Cabbarzadə XX əsrin birinci yarısında Cənubi Azərbaycanda baş verən məşrutə hərəkatının, Xiyabani və “21 Azər” hərəkatlarının fəal iştirakçısı olmuş bir ailəsdə mübarizəyə başlamışdı. Həsən Cabbarzadənin həyat və mübarizə yolu barədə məlumat verən natiq daha sonra bildirib ki, o, 1919-cu il martın 28-də Təbriz şəhərində anadan olub. Dörd il təhsil alandan sonra ailə vəziyyətinə görə məktəbdən ayrılmaq məcburiyyətində qalıb.
1932-35-ci illərdə kitab mağazasında işləyib. Eyni vaxtda axşam məktəbində təhsilini davam etdirib. 1939-cu ildə ordu sıralarına çağırılıb. Təxris olunandan sonra Tehran şəhərinə gedib və 1943-cü ildə Tehran Universitetinin hüquq fakültəsinə daxil olub. Elə həmin il də İran Xalq Partiyasının sıralarına qəbul olunub. 1944-cü ildə baş verən inqilabi hadisələrlə əlaqədar təhsilini yarımçıq qoyaraq Təbrizə qayıdıb. 1945-ci ilin oktyabrında Azərbaycan Demokrat Firqəsinin (ADF) sıralarına keçib və ona Azərbaycan Milli Hökumətində məsul vəzifə daşıyıb. 1946-cı ilin aprelində ADF-nin Mərkəzi Komitəsində işə qəbul olunub. 1946-cı ilin dekabrında İran şah qoşunlarının hücumu nəticəsində Azərbaycan Milli Hökuməti süqut edəndə və Cənubi Azərbaycanda şahlıq idarə üsulu bərpa olunanda Milli Hökumətin və Azərbaycan Demokrat Firqəsinin yaradıcılarından bir qrupu SSRİ-yə pənah gətirdi.
Həsən Cabbarzadə də onların arasında idi. O, bu tayda 1947-ci ilin 12 fevralında Azərbaycan KP MK yanında Ali Partiya Məktəbinə qəbul olundu və dörd il sonra - 1951-ci ilin avqustunda “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor vəzifəsinə işə götürüldü. Söhrab Tahir qeyd edib ki, Həsən Cabbarzadənin bu taydakı əmək kitabçasında tək bir ünvan yazılıb - “Kommunist” qəzeti redaksiyası. O, bu kollektivə gələn gündən onu öz doğma evi, doğma ocağı bilib. Jurnalistika çətin peşədir. Böyük zəhmət, fədakarlıq və öz işinə vurğunluq tələb edən bir işdir. Jurnalistikaya çox adam həvəs göstərir. Ancaq oradakı gecəli-gündüzlü ağır zəhmətə tab gətirməyib başqa sahələrə üz tutanlar daha çox olur. Bir də sözün əsl mənasında, jurnalistikanın sirlərinə yiyələnərək bu peşənin zirvəsinə yüksələnlər o qədər də çox deyil. Həsən Cabbarzadə məhz o jurnalistlərdəndir ki, adını mətbuatımızın tarixinə əbədi yazmışdır.
Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Yusif Kərimov Həsən Cabbarzadənin çağdaş jurnalistlərə örnək olan ömür yolundan ibrətli məqamları nəzərə çatdırıb, belə soydaşlarımızın həmişə qədirbilənliklə yad olunacağını söyləyib.
“Xalq qəzeti”ndə Həsən Cabbarzadə ilə bir dövrdə işləmiş Tamara Əliyeva, Telman Əliyev, Əlipənah Bayramov, Rafiq Həsənov, İsaq Əmənullayev, Mehman Fərzullayev, mərhum soydaşımızla yaxından təmasda olmuş jurnalistlərdən Oqtay Cəfərov, Əlövsət Bəşirli və digər yazarlar yubilyarın peşəkar və insani cəhətlərini geniş və xoş xatirələrlə yada salıb, onu o tay-bu tay jurnalistikasının unudulmaz nümayəndəsi kimi səciyyələndiriblər.
Sonda Söhrab Tahir mərhum dostunun yad edilməsinə görə Mətbuat Şurasına və “Xalq qəzeti” rəhbərliyinə təşəkkürünü bildirib, bu hadisənin o tayda da məmnunluqla qarşılanacağını söyləyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info