“Tour d`Azerbaidjan-2015”də yeniliklər olacaq
Tarix: 07.11.2014 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Turun 5-ci mərhələsi Avropa Oyunlarının şose velosiped yarışları üçün sınaq xarakteri daşıyacaq
“Tour d`Azerbaidjan-2015”in vaxtı müəyyənləşib. Beynəlxalq Velosipedçilər İttifaqının 2015-ci il üçün təqvim-planına əsasən 2.1 kateqoriyalı 5 günlük veloyürüş mayın 6-da start götürüb, mayın 10-da yekunlaşacaq.
Veloyürüşün marşrutunda bəzi dəyişikliklərin edilməsi də nəzərdə tutulur. Belə ki, bu dəfə veloyürüşün 4-cü mərhələsinin Qəbələ-Ağdaş-Yevlax-Mingəçevir marşrutu ilə keçirilməsi barədə müzakirələr aparılır. Bu isə gələn il Azərbaycanın ev sahibliyi edəcəyi “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlıdır. Avropa Oyunlarının avarçəkmə üzrə yarışlarının məhz Mingəçevirdə keçiriləcəyini nəzərə alan Azərbaycan Velosiped İdmanı Federasiyası bununla da Avropa Oyunlarının keçirilməsindən təxminən bir ay əvvəl dünya idman ictimaiyyətinin diqqətini ölkəmizin bu bölgəsinə çəkmək niyyətindədir. “Tour d`Azerbaidjan-2015”in sonuncu, 5-ci mərhələsi isə Avropa Oyunlarının şose üzrə velosiped yarışları üçün sınaq xarakteri daşıyacaq. Məlum olduğu kimi, cari ilin oktyabr ayının 18-də ölkəmizdə yeni istifadəyə verilmiş dağ velosipedi parkında dağ velosiped idmanı üzrə ilk sınaq yarışı uğurla keçirilib. Avropa Oyunlarının BMX üzrə sınaq yarışının gələn ilin martında, Veloparkda inşası başa çatmaq üzrə olan BMX stadionunda, şose üzrə sınaq yarışının isə may ayının 10-da Bakıda keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, bu ilin mayında keçirilən “Tour d`Azerbaidjan-2014” veloyürüşü başa çatdıqdan sonra Avropa Velosipedçilər İttifaqının prezidenti David Lappartien Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədova ünvanladığı təşəkkür məktubunda paytaxt Bakının tarixilik, müasirlik və gözəlliyini özündə əks etdirən sonuncu mərhələsini xüsusi olaraq vurğulayıb və bu marşrutun Bakı-2015 ilk Avropa Oyunları üçün ideal variant olduğunu bildirib. “Tour d`Azerbaidjan-2015”i əvvəlki yarışlardan fərqləndirən cəhətlərdən biri də odur ki, bu dəfəki veloyürüşdə iştirakçılar həm “Bakı-2015” ilk Avropa Oyunlarının velosiped yarışlarına, həm də 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı əldə edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb
21.01.2019
Şahmat üzrə Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info