"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ukraynanın "Dnepr" klubu ilə oyundan öncə Tofiq Bəhramov adına Respublika stadionunun qapılarından birinin aşması nəticəsində yaralanan klubun azarkeşi Samir Mirzəyevə baş çəkib.
42 yaşlı mütəxəssis matçdan sonra gecə saat 2:00 radələrində yaralının müalicə aldığı 1 saylı Şəhər Klinik Xəstəxanasına yollanıb. O, zərərçəkənə şəfa diləyib və atası ilə də görüşərək, onunla söhbət edib. Öz növbəsində ata Mirzəyev "Qarabağ" naminə hər şeyə hazır olduqlarını söyləyib. Qurbanovla yanaşı, klub rəsmiləri də xəstəxanaya baş çəkiblər.
|