Mübariz İbrahimova həsr olunmuş mərasim
Tarix: 08.11.2014 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Milli Qəhrəman Mübariz İbrahimovun dəfn olunduğu gündən dörd il keçib. Bu münasibətlə Biləsuvar Olimpiya İdman Kompleksində Müdafiə Nazirliyi (MN) və Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Qəhrəmanlıq ənənələrini yaşadaq!" devizi altında təntənəli tədbir keçirilib.
Şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, Çernobıl qəzası və Əfqanıstan müharibəsi əlillərinin, ictimaiyyət nümayəndələrinin, hərbi hissələrin əsgər və zabitlərinin qatıldıqları tədbirdə çıxış edən MN-in nümayəndəsi, polkovnik Abdulla Qurbani, Biləsuvar RİH-nin başçısı Mahir Quliyev və digərləri son on ildə ordu quruculuğunda qazanılan uğurlardan söz açaraq, Mübariz İbrahimov kimi qəhrəmanlar nəslinin yetişdiyini diqqətə çatdırıblar. Bildirib ki, erməni qəsbkarlarına sarsıdıcı zərbə vuran Mübarizin cəsədi düşmənin ciddi-cəhdinə baxmayaraq Ali Baş Komandanın qətiyyəti ilə alınaraq, noyabrın 7-də böyük izdihamla Vətən torpağına tapşırılıb. Qeyd olunub ki, məhz Mübariz kimi qəhrəmanların ardıcılları sayəsində Azərbaycan bayrağı tez bir zamanda Şuşada, Xankəndində, digər işğal altında olan ərazilərdə dalğalanacaq. Teatrlaşdırılmış ədəbi-bədii kompozisiyada Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, respublikanın tanınmış sənətçilərin ifasında qəhrəmanlıq və vətənpərvərlik mahnıları, şeirləri səsləndirilib. Daha sonra 120 biləsuvarlı şəhidin portreti canlandırılıb, Mübariz İbrahimovun qəhrəmanlıq yoluna bir daha nəzər salınıb. Sonda Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov çıxış edərək oğlunun xatirəsini əziz tutduğu üçün Azərbaycan xalqına minnətdarlığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info