Gürcüstanda “Qarabağ guşəsi“
Tarix: 11.11.2014 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Tiflis Açıq Universitetində "Qarabağ guşəsi" açılıb. Guşə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) həyata keçirdiyi və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Türkiyə və Gürcüstan universitetlərində Qarabağ guşəsi yaradılması” layihəsi çərçivəsində yaradılıb.
Tədbirdə universitet müəllimləri, gürcü və azərbaycanlı tələbələr, ictimaiyyət nümayəndələri, QHT rəhbərləri və jurnalistlər iştirak edib. "Qarabağ guşəsi"ndə münaqişəyə aid nəşr olunan kitablar, eyni zamanda Dağlıq Qarabağ haqqında tarixi həqiqətləri özündə əks etdirən müxtəlif müəlliflərin əsərləri sərgilənib. Tədbirdə çıxış edən layihə koordinatoru Aybəy İsayev bildirib ki, "Qarabağ guşəsi"nin açılmasında məqsəd bu guşə vasitəsilə Qarabağ problemini, onun tarixini, Azərbaycan və azərbaycançılıq ideyalarını Gürcüstanda fəaliyyət göstərən universitetlərdə təbliğ etmək, Azərbaycan-Gürcüstan dostluğunu daha da dərinləşdirməkdir.
Sonra universitetin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Zaur Amilaxvari, Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva, universitetin müəllimi, professor Əziz Məmmədov, ARDNŞ-in meneceri Aygül İsayeva və başqaları çıxış edərək Dağlıq Qarabağ, eləcə də Abxaziya və Cənubi Osetiya problemlərinin həll olunmamasının Cənubi Qafqazda əmin-amanlığa, sabitliyə və inkişafa əngəllər törətdiyini bildiriblər.
Sonra sərgidə nümayiş olunan kitablar, elektron resurslar tələbələrin təhsil zamanı münaqişələrlə bağlı maarifləndirmə prosesində tanış olmaq və Qarabağ məsələsi ilə daha yaxından elmi bilik almaq üçün universitet kitabxanasına təhvil verilib. Tədbir təşkilatçıları vurğulayıblar ki, gələcəkdə “Qarabağ guşəsi” yeni nəşrlərlə zənginləşdiriləcək.
Xatırladaq ki, indiyədək Gürcüstanda fəaliyyət göstərən iki universitetdə "Qarabağ guşəsi" açılıb.
Tiflis Açıq Universitetində 400-dən çox azərbaycanlı tələbə təhsil alır. Ümumiyyətlə, bu təhsil ocağında 2000-dən çox gürcü və azərbaycanlı tələbələrə 170 nəfər müəllim və professor heyəti dərs deyir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info