“Hər zaman Litvada Azərbaycan bayrağını dalğalandıracağıq”
Tarix: 11.11.2014 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Nelli Sabirova: “Bir avropalı olaraq Azərbaycana heyranıq”
Azərbaycanın mədəni zənginliyi və inkişafı artıq əcnəbilərin də diqqətini çəkir. Hətta bu gün Azərbaycan eşqi ilə yaşayan əcnəbilər də var. Litvalı Melli və Nelli Sabirovalar buna əyani misaldır. Bu bacılar Azərbaycanı sevməklə yanaşı, xaricdə təbliğatını da aparırlar. Onların qəzetimizə verdikləri eksklüziv müsahibəni təqdim edirik. Qeyd edək ki, müsahibəni almaqda bizə Diaspor Jurnalistlər Birliyinin Kipr üzrə nümayəndəsi Rəşad Bədirli kömək olub.
- Oxucularımıza özünüz haqda nə deyə bilərsiz?
- Biz hər kəsin gözündə Nelli və Melli Sabirovalar (milliyyətcə litvalı olan bu bacıların əsl ad və soyadları başqadır. F.H) kimi tanınırıq və hər zaman da belə olaraq qalmaq istəyirik. Melli mənim bacımdır. Biz hər ikimiz Litvada oxuyuruq. Litva gözəl ölkədir. Bir avropalı olaraq Azərbaycanın heyranıyıq.
- Necə oldu ki, Azərbaycana qarşı sizdə belə sevgi yarandı?
- Biz hələ uşaq vaxtlarımızdan Azərbaycan haqqında araşdırırdıq. 2012-ci ildə keçirilən “Avroviziya” musiqi yarışında biz Azərbaycan haqqında verilən video-çarxı izlədik və bizdə Azərbaycana qarşı olan sevgi daha çox artdı. O gündən sonra Azərbaycan haqqında daha çox maraqlanmağa başladıq. Özümüzə bu adları seçdik. Bu adlarla da davam etmək bizə xoşdur. Azərbaycanla bağlı foto-sessiyalarda iştirak edirik. Azərbaycan bayrağını üstümüzdən əksik etmirik. Hər zaman Litvada Azərbaycan bayrağını dalğalandıracağıq.
- Azərbaycanla bağlı düşüncələriniz necədir?
- Azərbaycan bizim gözümüzdə ikinci Vətənimizdir. Hətta biz Azərbaycan dilini belə, öyrənməyə cəhd göstərdik və hazırda öyrənirik. Azərbaycanla bağlı bütün tədbirlərə, bayramlara qatılırıq. Azərbaycanla bağlı bütün məlumatları öyrənməyə çalışırıq. Azərbaycan torpağı olan Qarabağ haqqında da məlumatlarımız var. Xocalı faciəsi ilə bağlı keçirilən tədbirdən çəkilən şəklimiz də mövcuddur. Azərbaycanın matəm günlərini özəlliklə qeyd edirik. Sizin acınız bizim acımızdır. Artıq biz də azərbaycanlı sayılırıq.
- Azərbaycanda əsas nəyi bəyənirsiz?
- Xüsusi ilə Azərbaycan mədəniyyətinə heyranam. Biz Avropada yaşayırıq və bizim üçün Azərbaycan mədəniyyəti çox maraqlıdır. Çünki hazırda Azərbaycan Avropaya çatmaq üçün sürətlə inkişaf edir. Bu da bizi çox sevindirir. Biz iki bacılar Azərbaycan üçün burada hər şeyi edirik. Azərbaycanın qədim və gözəl şəhərləri bizə çox maraqlıdır. Azərbaycan tarixini öyrənmək bizim üçün çox önəmli bir hala gəlib. Azərbaycan Avropadan heç də geridə deyil. Biz Azərbaycanı Avropa ilə eyni səviyyədə görməyə çox şad olardıq. Azərbaycanın gəzməli görməli yerləri var. Biz bu yerlərə heyranıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info