“Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrilib”
Tarix: 11.11.2014 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


“Etnik və dini rəngarənglik Azərbaycan dövlətinin milli sərvətidir. Ölkə rəhbərliyinin tolerantlığın təşviqinə daim xüsusi diqqət göstərməsinin nəticəsidir ki, Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrilib”. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bu sözləri Amerika Yəhudi Mətbuat Assosiasiyasının illik konfransında çıxışı zamanı deyib. ABŞ-ın müxtəlif ştatlarından Assosiasiyaya üzv olan yəhudi mətbu orqanlarının, aparıcı yəhudi təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə E.Süleymanov Azərbaycan-İsrail əlaqələrinin tarixindən bəhs edib. Səfir bu əlaqələrin strateji müttəfiqlik xarakteri almasında Azərbaycan xalqı ilə ölkəmizdə məskunlaşmış yəhudi icması arasında münasibətlərin rolunun danılmaz olduğunu bildirib. Tarixən yəhudilərin əhalisinin əksəriyyətinin müsəlman olduğu dövlətdə dinc, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını qeyd edən səfir yəhudi icması nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılarla çiyin-çiyinə vuruşmaları və qəhrəmanlıqla şəhid olmaları faktını Azərbaycan xalqının heç vaxt unutmayacağını qeyd edib. Hazırda İsrailin enerji resurslarına olan tələbatının 40 faizinin Azərbaycan tərəfindən ödənildiyini bildirən diplomat yüksək səviyyəli rəsmi səfərlərin münasibətlərin daha da dərinləşməsi baxımından önəmini vurğulayıb. Tədbirdə Amerika Yəhudi Mətbuat Assosiasiyasının prezidenti Marşal Veis çıxış edərək Azərbaycan-İsrail əlaqələri və ölkəmizdə məskunlaşmış yəhudi icması barədə danışıb. Əsası 1944-cü ildə qoyulmuş, iqamətgahı paytaxt Vaşinqton şəhərində yerləşən təşkilatın geniş şəbəkəsinə Şimalı Amerikanın ingilisdilli yəhudi mətbu orqanları daxildir. Assosiasiyanın builki konfransının əsas məruzəçisi qismində ABŞ-ın vitse-prezidenti Co Bayden çıxış edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info