Fransa mətbuatı: “Ermənistan Azərbaycana qarşı: bəs Fransa nə edir?”
Tarix: 11.11.2014 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Fransanın nüfuzlu “www.bvoltaire.fr” internet saytında “Ermənistan Azərbaycana qarşı: bəs Fransa nə edir?” sərlövhəli məqalə dərc olunub. Məqalədə dünyada dondurulmuş mövcud münaqişələr arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin daha təhlükəli olduğu, münaqişənin dondurulduğu vaxtdan on illər keçməsinə baxmayaraq iki ölkə arasında gərginliyin həllini tapmadığı, Azərbaycanın əzəl ərazisi Dağlıq Qarabağın Ermənistanla sərhəddə yerləşdiyi diqqətə çatdırılır. Eyni zamanda, bildirilir ki, Fransa həmsədr dövlət kimi məsələ ilə daha çox məşğul olsa da bir irəliləyiş əldə edilməyib. Müəllif xatırladır ki, çar Rusiyasının apardığı siyasət nəticəsində XlX əsrin əvvəllərində Türkiyə və İrandan yüz minlərlə erməni köçürülərək Azərbaycanın müxtəlif regionlarında, o cümlədən Dağlıq Qarabağda yerləşdirilib. Məhz bu köçürülmə nəticəsində bölgədə ermənilərin sayı artmış və keçən əsrin sonlarında Dağlıq Qarabağ erməniləri öz müqəddəratlarını təyin etmək kimi mənasız fikrə düşüblər. SSRİ-nin süqutundan sonra Ermənistan bölgədə yaşayan ermənilərin hüquqlarını “müdafiə etmək” bəhanəsi ilə Azərbaycana qarşı elan olunmamış müharibə aparmağa başlayıb. Həmçinin məqalədə, beynəlxalq vasitəçilik sayəsində 1994-cü ildə hər iki ölkə arasında atəşkəs barədə razılıq əldə edildiyi, müharibə zamanı minlərlə insanın həlak olduğu, bir milyondan artıq azərbaycanlının doğma torpaqlarından didərgin salınaraq öz doğma vətənlərində qaçqın və məcburi köçkün həyatı yaşadıqları barədə fransız oxucularına ətraflı məlumat verilib. Bununla yanaşı, məqalədə, Ermənistanın işğal etdiyi əraziləri Azərbaycana qaytarmaqdan boyun qaçırdığı, 1992-ci ildə münaqişənin sülh yolu ilə həllinə cavabdeh üç ölkənin - Fransa, Rusiya və Amerikanın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun yaradıldığı qeyd olunub. Fransanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin dəfələrlə təşəbbüskarı olduğu xüsusi vurğulanan məqalədə, bu görüşlərin çoxunun nəticəsiz qaldığı, Ermənistanın heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmayan oyuncaq “Dağlıq Qarabağ Respublikası” prezidentinin də danışıqlara cəlb edilməsi istiqamətində səylərinin boşa çıxdığı, Azərbaycanın Ermənistanın qeyri-qanuni yolla ərazilərinin işğalına heç vəchlə razı olmayacağı, torpaqlarını azad etmək üçün digər imkanlardan istifadə edəcəyi və həmsədr ölkələr qarşısında bunu dəflərlə bildirdiyi diqqətə çatdırılıb. Oktyabr ayının sonlarında Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüşlərinin keçirildiyi məqalədə bir daha qeyd edilir, bu görüşün nəticələri münaqişənin sülh yolu ilə həlli istiqamətində müsbət dəyərləndirilib. Bildirilib ki, Fransanın rolu ilə baş tutan bu görüş münaqişənin konstruktiv danışıqlar yolu həllində ilkin addımlardır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir
20.08.2019
Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
20.08.2019
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20.08.2019
Daha 185 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info