Yaxın 3 günün hava proqnozu
Tarix: 11.11.2014 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Yaxın 2-3 gün ərzində ölkə ərazisində müşahidə olunan hava şəraitində ciddi dəyişiklik gözlənilmir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor Umayra Tağıyeva açıqlamasında deyib ki, növbəti günlərdə nisbətən mülayim hava şəraiti davam edəcək.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, havanın arabir tutulacağı gözlənilir. Havanın temperaturu ötən günlərdə olduğu kimi 18 dərəcəyədək isti olacaq.
Respublikanın rayonlarında da yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər saatlarında duman olacaq. Lənkəran və Astara zonasında isə az yağış müşahidə olunacaq. Havanın temperaturu Mərkəzi Aran rayonlarında 13-18 dərəcə isti, dağlarda 10-15 dərəcə isti təşkil edəcək.
U.Tağıyeva qeyd edib ki, hazırda ölkə ərazisində müşahidə olunan temperatur rejimi iqlim norması daxilindədir. Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 15-18 dərəcə, Aran rayonlarında 17, dağlıq ərazilərdə isə 11-14 dərəcəyə kimi isti olacaq. Bu da noyabr ayı üçün səciyyəvi temperatur rejimidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info