Fərdi uçotda qeydiyyata alınan əcnəbilər 27,2 faiz artıb
Tarix: 11.11.2014 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


2014-cü il noyabr ayının 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 27,2 faiz artıb. 2014-ci il noyabrın 1-nə olan statistikaya əsasən, DSMF tərəfindən əlavə olaraq 4658 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 21 758 nəfərə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,2 faizini (19419 nəfər) kişilər, 10,8 faizini (2 339 nəfər) isə qadınlar təşkil edir. Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (11 606 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 2 459 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 249 nəfərə çatıb. Sonrakı yerlərdə İran İslam Respublikası (851), Çin Xalq Respublikası (730) Hindistan (592), Pakistan İslam Respublikası (462), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (328), Ukrayna (236), Özbəkistan (235), Banqladeş Xalq Respublikası (201), Filippin (188), Almaniya (181), Türkmənistan (180), ABŞ (157), Qazaxıstan (152), İtaliya (140), Cənubi Koreya Respublikası (134), Bosniya və Hersoqovina (132), Malayziya (103) və s. ölkələr gəlir. Ölkəmizdə 2006-cı ildən etibarən fəaliyyət göstərən sığorta-pensiya sistemində Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin ödədikləri məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu həyata keçirilir.


İlkin




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Aksam.com.tr”: “Azərbaycan 2019-cu ildə TANAP ilə təbii qaz nəqlini iki dəfə artırmağı planlaşdırır”
23.01.2019
AzerTelecom Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
23.01.2019
Azərbaycan Prezidenti İlham Əliyevlə İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
23.01.2019
BMT Azərbaycanda əlilliyi olan insanların məşğulluğuna dair yeni layihə reallaşdıracaq
23.01.2019
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info