“Azərbaycanda Ekoloji Turizmin inkişafı: Potensial və perspektivlər”
Tarix: 11.11.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm İnstitutunda (ATİ) Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən və Ekoloji Tarazlıq ictimai birliyi, Ketury (Finlandiya) İctimai Birliyi, Finlandiyanın Turku Tətbiqi Elmlər Universiteti tərəfindən icra edilən “Azərbaycanda dayanıqlı sahibkarlığın inkişafı və Azərbaycan kəndlərində əl sənətkarlığın dəstəklənməsi” layihəsinə dair yekun konfrans-iclas olub.
“Azərbaycanda Ekoloji Turizmin inkişafı: Potensial və perspektivlər” mövzusuna həsr olunan tədbiri ATİ-nin rektoru t.e.d. prof., Cəfər Cəfərov giriş sözü ilə açıb. Rektor C.Cəfərov tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, layihənin işlənib hazırlanmasında başlıca məqsəd kənd əhalisinin gənc nümayəndələri üçün ənənəvi əl işləri, yerli və xarici turistlər üçün mükəmməl xidmətlərin göstərilməsi üzrə təlimlərin aparılması, Azərbaycanın zəngin tarixi, mədəni irsinin təbliğ olunması, (Abşeron yarımadası, Şəki-Qəbələ, Lənkəran-Astara) regionlarda kənd icmalarının ekoloji turizmin inkişafına cəlb edilməsi və həmçinin turizm sahəsində fəaliyyət göstərən müxtəlif tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsindən ibarətdir. Eyni zamanda layihədə ölkəmizdə, o cümlədən Finlandiyada turizm və sahibkarlıq ixtisası üzrə təhsil alan tələbə və müvafiq mütəxəssislər arasında fikir mübadiləsi aparmaq, qazanılan təcrübələri bölüşdürmək, Azərbaycanda turizm sahibkarlığı üzrə beynəlxalq təcrübələrin geniş təbliği də nəzərdə tutulub. Konfrans-iclasda yeddi məruzə dinlənilib, təklif və suallar layihə iştirakçıları tərəfindən ətraflı cavablandırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info