Abzetdin Adamov: “İKT-yə aid elmi məqalələrin əsas mövzusu kiberhücumlardır”
Tarix: 11.11.2014 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Bildiyimiz kimi, 2013- cü il Azərbaycanda “İnformasiya Kommunikasiya Texnologiyaları” ili elan olunmuşdu. Bu da İKT sahəsində atılan addımların inkişafı yolunda mühüm addım kimi qiymətləndirildi. Bu addımların ən uğurlusu Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlığı ilə təşkil edilmiş İKT üzrə VII Beynəlxalq konfransı idi.
Müsahibimiz Qafqaz Universitetinin dosenti Abzetdin Adamov oldu. O, konfrans barəsindəki geniş söhbətimiz əsnasında İKT sahəsində ölkəmizə qazandırdığı nailiyyətlərdən bəhs etdi. Müsahibəni oxucularımıza təqdim edirik.
- Abzetdin müəllim, xahiş edərdik öncə konfrans haqqında oxucularımıza məlumat verəsiniz.
- Xatırlatmaq istərdim ki, konfrans ilk dəfə olaraq 2003- cü ildə öz fəaliyyətinin təməlini qoydu və 2009-cu ildən etibarən artıq hər il təşkil olunaraq daha yüksək səviyyədə keçirilməyə başladı. Konfransın davamlı şəkildə keçirilməsinə Amerikanın İEEE- Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu bu konfransda təşkilatçı qismində çıxış edərək texniki dəstək verir. 125 illik tarixi olan bu təşkilatın 450 000- dən çox mühəndis üzvü fəaliyyət göstərir. Bu təşkilat niyə bu qədər vacibdir? Qeyd edim ki, bütün dünyadakı elm adamları öz elmi məqalələrini həmin insitutun kitabxanasına təqdim edirlər və qəbul edilən məqalələr bu elmi kitabxanada toplanır. Nəzərinizə çatdırım ki, burada toplanan məqalələri bütün dünya oxuya bilir. Diqqət çəkən məsələlərdən biri də odur ki, yazılan məqalələrin keyfiyyətini və sair məsələri nəzərə alsaq, bu konfransa olan marağın ildən ilə artdığını görərik. Ancaq bir məsələni xüsusi olaraq qeyd edim ki, həmin məqalələri dünyaya çatdırmaq üçün təqdim edilən məqalələr ancaq ingilis dilində təqdim olunmalıdır. Son keçirdiyimiz konfrans isə artıq səkkizinci oldu.
Konfransın keçirilmə zamanlarına gəldikdə isə, konfrans fəaliyyətə başladığı müddətdən etibarən hər tək ildə Azərbaycanda, cüt illərdə isə xaricdə təşkil olunur. Belə ki, 2009- 2011- 2013- cü illər Azərbaycanda, 2010- 2012- 2014- cü illərdə isə xarici ölkələrdə təşkil olundu. Sonuncusu, yəni VIII Beynəlxlq Konfrans isə Qazaxıstan Respublikasında baş tutdu. Baxmayaraq ki, Konfrans xaricdə keçirilir, bütün illərdə əsas təşkilatçılıq isə Qafqaz Universitetinə məxsusdur. Ancaq qeyd edim ki, xaricdə keçirdiyimiz konfrans müddətində də ev sahibi ölkənin müxtəlif təşkilatları konfransın keçirilməsinə dəstək olurlar.
Konfrans haqqında təəssüratlarım çox ürəkaçan oldu. Çünki biz bunu sadəcə paytaxt Astanada deyil, ölkənin digər bir neçə şəhərində də davam etdirdik. Keçirilən konfranslarda bir neçə mövzuda məqalələrin təqdimatından bəhs edildi. Bunlardan “İnformasiya təhlükəsizliyi problemləri” sessiyası, “İKT sahəsində yeni trendlər və nailiyyətlər” adlı sessiya, “Böyük həcmli informasiyaların emalı”, “İnformasiya mühəndisliyi” , “Şəbəkə və kommunikasiya texnologiyaları” , “İKT- in iqtisadda və dövlət idarəetməsində istifadəsi” və “İKT texnologiyalarının təhsildə və tədqiqatda istifadəsi” ilə bağlı sessiyalar keçirilmişdir. Adlarını qeyd etdiyimiz bu altı sessiyada elm adamları tərəfindən təxmini hesabla 120 məqalə təqdim olundu. Bu məqalələr də artıq bir ay müddətində az öncə bəhsini etdiyimiz kitabxanada yerləşdiriləcək.
- Hansı ölkənin elm adamları daha çoxdur və məqalə sayı daha çox hansı ölkədən gəlir?
- Öncə onu qeyd edim ki, konfrans hansı ölkədə təşkil olunursa, həmin ölkənin elmi məqalələri daha çox üstünlük təşkil edir. O cümlədən də bu il Qazaxıstan Respublikasından daha çox iştirakçı öz məqalələrini təqdim etmə imkanı qazanmışdır. Ancaq nəzərə alsaq ki, konfrans hər iki ildən bir Azərbaycanda keçirilir, bu zaman təqdim edilən məqalələrin say üstünlüyü Azərbaycanda olur. Beynəlxalq konfransda Azərbaycan üçün uğurlu rəqəmlərdən biri də 90 nəfərin iştirakı oldu.
- Təqdim edilən məqalələr sadəcə İKT sahəsini əhatə edir, yoxsa elmin digər sahələrinə də müraciət olunurmu?
- Düzdür, adından bəllidir ki, konfrans ancaq kommunikasiya sahəsini əhatə edir, ancaq onu da nəzərə alsaq ki, cəmiyyətin, elmin istənilən sahəsində texnologiyalardan istifadə olunur, onda demək ki, bu konfrans elmin hər sahəsinə xitab edir. Bu istər tibb sahəsi olsun, istər neft sahəsi olsun fərqi yoxdur.
- Azərbaycandan konfransa təqdim olunan məqalələrin mövzusu əsasən hansı istiqamətdədir? Müraciət olunan mövzular Azərbaycanın İKT sahəsindəki problemlərinin həlli istiqamətinə yönəlirmi?
- Diqqət çəkmək istərdim ki, Azərbaycan elm adamları çox maraqlı mövzularla müraciət edirlər və bu məqalələrə maraq ildən ilə artır. Çünki Azərbaycan artıq informasiya cəmiyyətinin bir parçasıdır. Yazılan məqalələrin mövzu istiqamətinə gəldikdə isə onu deyim ki, hal-hazırda təkcə Azərbaycandan deyil, konfransda iştirak edən bütün elm adamlarının müraciət etdiyi ortaq bir mövzu var ki, bu da həmin ölkələrdəki İKT sahəsindəki problemlərdən qaynaqlanır. Həmin məqalələrin böyük əksəriyyətinin mövzusu kiberhücumlarla bağlıdır. İstənilən zamanda, istənilən ölkədə həll olunmayan İKT problemlərindən biri kiberhücumlar olduğu üçün daha çox müraciət obyekti də bu mövzu ilə bağlı olur. Kiberhücumlar özü də əlavə bir mövzu olduğu üçün düşünürəm ki, bu da geniş bir araşdırma tələb edəcək.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info