Berlində Türk- Azərbaycan Birliyinin iclası keçirilib
Tarix: 11.11.2014 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Berlində - Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Almaniyadakı Türk-Azərbaycan Birliyi İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Berlin-Brandenburq Atatürkçü Duşuncə Dərnəyinin nümayəndələri də iştirak edib. İclası giriş sözü ilə açan Almaniyadakı Türk-Azərbaycan Birliyi İdarə Heyətinin sədri Hakki Kəskin gündəmdə olan vacib mövzulara toxunub. Müzakirəyə çıxarılan əsas məsələ erməni fitnəkarlıqları ilə türk dünyasına qarşı törədilmiş soyqırımların dünyaya çatdırılmasına dair təbliğati işlərin aparılması olub. Hakki Kəskin xüsusilə, 2015-ci ildə gözlənilən erməni təxribatlarına hazırlıq haqqında danışıb. Müzakirələrdə Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Bahattin Kaya, Atatürkcü Düşüncə Mərkəzinin sədri Olcay Başeğmez, AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova və digərləri çıxış edərək fikirlərini bölüşüblər.
Daha sonra İdarə Heyətinin üzvləri 2014-cü ilin dekabr ayı üçün planlaşdırılmış tədbirlər - 6-7 dekabrda Berlində, 13-14 dekabrda Hamburqda keçiriləcək seminar və konfransın təşkili ilə bağlı məsələləri də müzakirə ediblər. Nəzərdə tutulan seminar və konfranslar qondarma erməni soyqırımının tarixi və arxiv faktları ilə ifşasına dair məlumatların, «soyqırımın» yalan və iftiralar əsasında uydurulduğunu sübut edən faktların açıqlanmasına həsr ediləcək. Tədbirdə Azərbaycan Respublikasının millət vəkili, professor Musa Qasımlı, Türkiyə və Almaniyadan olan elm və siyasət nümayəndələrinin çıxışı gözlənilir.
Türk-Azərbaycan Birliyi İdarə Heyətinin iclası Türk dünyasının gələcəyinə dair bir sıra məsələlərin müzakirəsi və bu istiqamətdə aparılan işlərin səmərəsini artırmaq üçün mühüm qərarların qəbul edilməsi ilə başa çatıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info