Nüfuzlu “Society” jurnalı Aslan Aslanovun analitik məqaləsini dərc edib
Tarix: 11.11.2014 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Avstriyanın nüfuzlu “Society” jurnalı “AzərTAc”ın baş direktoru Aslan Aslanovun “Ənənəvi mediadan dünya informasiya şəbəkəsinə transformasiya labüddür” sərlövhəli analitik məqaləsini alman dilində dərc edib. Məqalədə yeni informasiya texnologiyalarının inkişaf meyllərindən və sosial şəbəkələrlə ənənəvi media arasında qarşılıqlı münasibətlərdən bəhs edilir. Analitik yazıda, həmçinin bu il oktyabrın 2-3-də keçirilmiş IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu mövzuya həsr olunmuş “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri” adlı “dəyirmi masa” da səsləndirilən fikir və təkliflərə münasibət bildirilir. Müəllif sosial mediadan informasiya mənbəyi kimi istifadə olunmasının, xəbər agentliklərinin müasir dövrün çağırışları ilə ayaqlaşmasının zəruriliyinə dair fikirlərini diqqətə çatdırır. Yeni informasiya texnologiyalarının tərəqqisi fonunda jurnalistikanın inkişaf meyllərinin nəzəri və təcrübi cəhətdən təsvir olunduğu məqalədə gələcək tendensiyalar və uğur mexanizmləri haqqında da fikirlər bildirilir. Məqaləni http://www.society.at/magazin-kolumnen/736-transformation-der-medien.html linkindən oxumaq olar. Hazırkı “Society” jurnalı 1945-ci ildə Avstriyanın Federal Kansleri Karl Rennerin təşəbbüsü ilə təsis edilmiş “BMT jurnalı” və 1992-ci ildə Q.Tauxhammerin əsasını qoyduğu “Society” jurnalının birləşməsi nəticəsində yaranıb. Jurnal ildə dörd dəfə nəşr olunur və son dövrlərdə digər mətbu orqanlar kimi daha çox müasir texnoloji imkanlardan (internet, sosial şəbəkələr və daşınar mobil cihazlar üçün proqramlar) istifadə edir. Əsasən ictimai-siyasi, iqtisadiyyat və mədəniyyət mövzularında materialların dərc olunduğu jurnal alman və ingilis dillərində çıxır. Avstriyanın dövlət və hökumət dairələri, bu ölkədəki beynəlxalq təşkilatlar və diplomatik korpus jurnalın əsas abunəçiləri sırasındadır.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info