Avropa Oyunları ilə bağlı avtobus marşrutlarında test aparılır
Tarix: 11.11.2014 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Birinci Avropa Oyunları ilə bağlı yarışların keçiriləcəyi istiqamətlər və idman obyektləri üzrə marşrutlar müəyyən edilib və bununla bağlı bütün işlər görülüb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Elnur Abdullayev bildirib ki, hazırda idman obyektləri istiqamətində marşrutlarla bağlı “Bakı 2015” Avropa Oyunları Təşkilat Komitəsi ilə birgə test işləri həyata keçirilir. Hər bir marşrutun oyunlar zamanı necə fəaliyyət göstərəcəyi təhlil olunur və əlavə tədbirlər müəyyənləşdirilir. Baş direktor qeyd edib ki, intellektual nəqliyyat sistemi çərçivəsində qurulan avtobus dayanacaqlarının NİİM-lə əlaqəsi yaradılıb və onların normal işləməsinə daim nəzarət olunur. Şəhərdən kənarda yerləşən dayanacaqlarda intellektual nəqliyyat sisteminin qurulması isə növbəti mərhələyə daxildir. E.Abdullayev avtobus dayanacaqlarında wi-fi sisteminin quraşdırılması istiqamətində iş aparıldığını da vurğulayıb. “Şirkətlərlə görüşlər keçirilib, müəyyən hazırlıqlar görülüb və maliyyə vəsaiti ayrılacağı təqdirdə bu iş qısa müddətdə həyata keçiriləcək”, - deyə NİİM-in direktoru əlavə edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info