Binəqədidə şəhərsalmanın müasir metodları tətbiq olunur
Tarix: 11.11.2014 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Bu gün Binəqədi rayonunun bütün prospekt və küçələri, eləcə də qəsəbə və kəndləri abadlaşdırılır

Bakı və onun rayonlarının abadlaşması, gündən-günə yeniləşməsi, müasirləşməsi istər turistləri, istərsə də yerli sakinləri ilk valeh edən cəhətdir. Kim olursa olsun, şəhərə gələn ilk olaraq Bakının yaxşı mənada dəyişdiyini xüsusi qeyd edir. Bu kimi abadlaşma və yeniləşmə Binəqədi rayonunda da xüsusilə diqqət çəkir. Binəqədi rayonunda abadlıq-quruculuq işləri sürətlə davam edir. Qısa müddətdə Binəqədi şosesi, Binəqədi-Mehdiabad yolu, Xocasən qəsəbəsində Dəyirman yolu, Biləcəri qəsəbəsində isə A. Zeynallı və Y. Hüseynov küçələri yenidən qurulub. Bakının şimal istiqamətinə gedən magistralın Binəqədi ərazisindən keçən hissəsinin hər iki tərəfinin abadlaşdırılması, burada gözəl xiyaban və parkların, yaşıllıqların salınması paytaxt sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır.
Ekspertlər hesab edirlər ki, müasir dövrdə böyük şəhərlərdə ətraf mühit insan orqanizminə çox pis təsir göstərir. Ekoloji durumun yaxşılaşdırılması hazırda böyük şəhərlərin ən aktual problemlərindən biri hesab olunur. Şəhərsalmada istifadə olunan müasir landşaft memarlığı yaşıllaşdırma işlərinin genişləndirilməsindən, yeni park və xiyabanların salınmasından, süni dağ massivlərini yaradılmasından və s. ibarətdir. Bütün bunlarda məqsəd isə insan və təbiət arasında harmoniyaya nail olmaqdan, ekologiyanın mühafizəsindən ibarətdir.

“Binəqədidə yaşıllaşdırma və abadlıq işləri estetik zövqlə həyata keçirilir”

Hazırda Binəqədi rayonunda istifadə olunan landşaft memarlığı şəhərin kompleks abadlaşdırılmasının funksional və iqtisadi səmərəliliyinin artırılmasına, şəhər mühitinin sağlamlaşdırılmasına, onun özünəməxsusluğunun qorunub saxlanılmasına yönəlib. Mütəxəssislərin fikrincə, landşaft memarlığı təkcə havanın oksigenlə zənginləşdirilməsi baxımından deyil, yaşayış massivlərini, insanları küləkdən, tozdan, səs-küydən və s. qorumağa imkan verir. Yaşıllıqlar iqlim şəraitini yaxşılaşdırır, havanın rütubətliyini artırır, Günəş radiasiyasından qoruyur. Bağ və parklar isə təbiətlə incəsənətin sintezi olub ta qədim dövrlərdən insanlar tərəfindən istirahət məqsədilə yaradılıblar.
Binəqədi rayonu ərazisində landşaft memarlığı üslubunda aparılan işlərin nə qədər səmərəli olduğunu öyrənmək üçün tanınmış memar Aqil Səfərəliyevə müraciət etdik. O bildirdi ki, landşaftın işlənməsinin əsas məqsədi insan və təbiət arasında harmoniyaya nail olmaqdan, mənəvi rahatlıq yaratmaqdan ibarətdir. Binəqədi rayonu ərazisində həyata keçirilən landşaft memarlığını yüksək dəyərləndirən Aqil Səfərəliyev dedi: “Memarlıqda bu üslub yaşıl qrup adlanır. Yaşıl qrupların əsas təyinatı insanların açıq havada qalmaları, habelə əyləncə, mədəni tədbirlər, istirahət, oyunlar, idman üçün daha yaxşı şərait yaratmasıdır. Binəqədi rayonunda aparılan abadlıq işlərində landşaft memarlığından istifadə olunması təqdirəlayiq hadisədir. Binəqədinin relyefi digər rayonlardan fərqlənir. Buna görə də abadlıq-quruculuq işləri rayonun relyefinə və iqlim xüsusiyyətlərinə uyğun qurulur”.
Aqil Səfərəliyev Binəqədidə məhz bu memarlıq üslubundan geniş istifadə olunmasını düzgün və səmərəli sayır. Onun sözlərinə görə, rayonda yaşıllaşdırma və abadlıq işləri yüksək estetik zövqlə həyata keçirilir və kosmetik xarakter daşımır: “Cansız materiallarla daşa, gilə, betona və ya dəmirə layihələndirilmiş quruluş vermək asandır. Bu quruluş hətta uzun illər dəyişməz qalır. Lakin yaşıl bitkilərlə layihələndirmə zamanı ərazinin quruluş və formasına xüsusi yanaşmaq gərəkdir. Bu zaman bağ-park incəsənəti təcrübəsi, bitkilərin və mühitin qarşılıqlı əlaqəsi, bioloji-aqronomik detallar nəzərə alınmalıdır. Binəqədi rayonunda bu incə məqamlar nəzərə alınır və yaşıllaşdırma işləri yüksək zövqlə aparılır”.

Abadlıq işləri təkcə mərkəzi deyil, ətraf qəsəbələri də əhatə edir

Binəqədi rayonunda geniş vüsət almış abadlıq-quruculuq işləri təkcə mərkəzi küçə və prospektləri deyil, ətraf qəsəbələri də əhatə edir. Təkcə ötən ayın statistikasına nəzər yetirsək, Binəqədi rayonunda görülən abadlıq işlərinin əhatəsinin nə qədər geniş olduğunu görərik. Binəqədi RİH-dən aldığımız məlumata görə, bu ilin oktyabr ayında Binəqədi rayonu ərazisində 344 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 386 p/m su xətti dəyişdirilib, 816 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 10340 p/m kanalizasiya xətti təmizlənib. Binəqədi QİS ərazisində 3347 p/m qaz xətti çəkilib. 6, 7, 8, 9-cu mikrorayonlarda, Biləcəri, Binəqədi və Sulutəpə qəsəbələrində, Z. Əliyeva adına parkda 208 ədəd yarasız lampa, 78 ədəd drossel və 366 metr yanmış kabel dəyişdirilib. 7, 8-ci mikrorayon, Z. Bünyadov prospekti, Azadlıq prospekti, C. Hacıbəyli, Naxçıvani küçələrində binaların istilik xəttində 123 metr boru və 10 ədəd siyirtmə dəyişdirilib. 6-cı mikrorayonda və M. Cəlal küçəsində yaşayış binalarının aşağı paylama istilik xəttində 28 ədəd ventil, 12 ədəd siyirtmə təmir edilib və 39 metr boru bərpa edilib.
TM-9-da 1 ədəd 630kv-luq, TM-11-də 1 ədəd 1000 kv-luq transformator quraşdırılıb. KTM-246-da köhnə xətlər yeni SİP kabeli əvəz edilib, KTM-840-da təmir işləri aparılıb, KTM-233-də 400 kv-luq transformator dəyişdirilib. 1 ədəd 400 kv transformator quraşdırılıb. TM 49, 120, 267, 520, 599, 665, 728, 840, 845, 860, 904 yeni avadanlıqlarla təftiş olunub. 3 saylı istilik qazanxanasında təmir-bərpa və profilaktiki tədbirlər görülüb. 221, 231, 337, 338 və 340 saylı qazanxanalarda cari təmir bərpa işləri aparılıb.
Dərnəgül yaşayış sahəsi, Naxçıvani küçəsi, Z. Bünyadov prospekti, 7 və 9-cu mikrorayonlara 843 metr elektrik kabel xətti çəkilib.
18 binanın fasadında əsaslı təmir işləri davam etdirilib, 15 yaşayış binasının girişində təmir işləri aparılıb. Azadlıq prospekti 28 saylı binanın həyətində abadlıq işləri aparılıb. 10 binada 1050 kv.metr yumşaq dam örtüyü təmir edilib, 7 ədəd yeni lift quraşdırılıb. Bakı-Şamaxı yolunda, Binəqədi və Biləcəri qəsəbələrində, Azadlıq prospektində, 8-ci mikrorayon. N. Məmmədov küçəsində, H. Əliyev parkında, Z. Əliyeva adına parkda, F. Hümbətov adına parkda, A. Sultanova adına parkda, R. Aboyev adına parkda, Azadlıq prospekti metrosunun üstündə, Dərnəgül metrosuna yaxın ərazidə yeni ağaclar əkilib, ağaclar budanıb və suvarılıb, quru ağaclar kəsilib, güllər əkilib və onlara qulluq edilib, təmizlik işləri aparılıb.

Binəqədidə görülən işlər sakinlərin razılığına səbəb olur

Qeyd edək ki, bütün bu aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, kommunal sahədə həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır.
Ruslan Allahverdiyev küçəsində yaşayan Sakit Hüseynov bizimlə söhbətində aparılan yenidənqurma və təmir işlərindən razılığını ifadə etdi: “17 ildən çoxdur ki, bu rayonda yaşayıram. Uzun müddət işıq, qaz, yol problemlərindən böyük əziyyət çəkirdik. Buna görə də Binəqədi rayonu əvvəllər insanların yaşamaq istəmədiyi rayonlardan idi. Yolların, küçələrin, parkların vəziyyəti indiki kimi deyildi. Şükürlər olsun ki, son illər vəziyyət yaxşılaşır. Bu gün Sulutəpə qəsəbəsində insanların ürəyi açılır. Yollara asfalt örtük döşənir. Ərazidə müasir, abad park salınır. Təbii ki, müəyyən problemlər, çatışmazlıqlar da mövcuddur. İnanırıq ki, zaman keçdikcə hər şey qaydasına düşəcək”.
Bu ilin iyul ayında start götürən “Təmiz Binəqədi” layihəsi çərçivəsində də xeyli işlər görülüb. Birinci Avropa Oyunlarına hazırlıq məqsədi ilə başladılmış layihə rayon sakinləri arasında da xeyli marağa və diqqətə səbəb olub. Rayon sakini Loğman Məmmədov görülən işlərdən razılıq edir: “Binəqədi rayon sakini kimi rayonumuzda aparılan abadlıq və quruculuq işlərindən çox razıyam. Sevindirici haldır ki, aparılan bu işlərlə yanaşı həmçinin çox müsbət bir layihə saydığım “Təmiz Binəqədi” layihəsi də bizim rayonda həyata keçirilir. Dövlətimizin vətəndaşlarına göstərdiyi bu qayğı və diqqətdən çox razıyıq və bu işlərə görə cənab Prezidentə öz təşəkkürümüzü bildiririk”.
Bir sözlə, bu gün Binəqədi rayonunun bütün prospekt və küçələri, eləcə də qəsəbə və kəndləri abadlaşdırılır. Binaların, park və mədəniyyət ocaqlarının müasir, zövq oxşayan forma və üslubda bərpası və yenidən qurulması işləri davam etdirilir, erkən milli ornament və arxitektura normaları, şəhərsalmanın müasir metodları tətbiq olunur.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info