Şoyqu müdafiə nazirlərinin görüşünü dəyərləndirib
Tarix: 11.11.2014 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Bu gün Moskvada MDB Müdafiə Nazirləri Şurasının 67-ci iclası işinə başlayıb. “RİA Novosti”nin verdiyi məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu şuranın iclasını giriş sözü ilə açaraq bildirib ki, MDB Dövlət Başçıları Şurasının iclası yenicə başa çatıb: "İclasda təhlükəsizliyin möhkəmləndirilməsi və qarşılıqlı sərfəli əməkdaşlığın inkişafı üzrə ölkələrimizin birgə fəaliyyətinə yüksək qiymət verilib. MDB ölkələrinin müdafiə nazirlərinin bugünkü görüşü bu istiqamətdə növbəti addımdır".
O qeyd edib ki, MDB ölkələrinin müdafiə sahəsində əlaqələrinin inkişafı qarşılıqlı etimadın yüksəldilməsinə, mehriban qonşuluq siyasətinin saxlanılmasına, milli silahlı qüvvələrin təkmilləşdirilməsinə yönəldilib.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Şuranın iclasında iştirak edir. Azərbaycandan başqa, Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan müdafiə nazirləri səviyyəsində təmsil olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info