Yüzlərlə insan Dövlət Bayrağı Meydanında üçrəngli bayrağımızın qaldırılması prosesini izləyib
Tarix: 11.11.2014 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Noyabrın 9-da Dövlət Bayrağı Meydanında üçrəngli dövlət bayrağımızın rəmzi qaldırılma mərasimi olub. Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin təşkilatçılığı ilə keçirilən mərasimi yüzlərlə insan izləyib. Eni 35 metr, uzunluğu 70 metr, çəkisi 350 kiloqram olan dövlət bayrağı təntənəli şəkildə, hərbi orkestrin müşayiəti ilə onlarla insanın çiynində meydana gətirilib və dövlət himninin sədaları altında 162 metr hündürlüyə qaldırılıb. Mərasim iştirakçıları bayrağın önündə xatirə şəkli çəkdiriblər. Onlar qürur doğuran bu prosesi maraqla izlədiklərini bildirib, bayrağımızın Qarabağda dalğalanmasını arzulayıblar. Sonra tədbir iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış olublar. Qeyd edək ki, Ginnesin dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiqləyib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info