Mənzil fondunun idarə olunması müzakirə edilib
Tarix: 11.11.2014 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “Azərbaycanda mənzil fondunun idarə olunmasında yeni münasibətlərin formalaşması” mövzusunda tədbir keçirilib. Tədbirdə müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin nümayəndələri iştirak edib.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, mənzil-kommunal təsərrüfatının inkişafı istiqamətində də mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bu sahədə qanunvericilik təkmilləşdirilmiş, beynəlxalq tələblərə cavab verən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qəbul edilib. Yeni Mənzil Məcəlləsi vətəndaşların mənzil hüququnun maneəsiz həyata keçirilməsi, əlverişli və təhlükəsiz yaşamaq şəraitinin təmin olunması, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, eləcə də mənzil fondunun idarə olunması və saxlanması sahəsində böyük əhəmiyyət kəsb edir. Sevinc Həsənova ölkədə böyük tikinti –quruculuq işlərinin həyata keçirildiyini bildirib, son 20 ildə mənzil fondunun 30% artaraq 166,4 mln. m2-ə çatdığını vurğulayıb. Nazir müavini mənzil fondunun idarə olunmasında yeni metodların tətbiqinin əhəmiyyətini qeyd edib.
GİZ-in Azərbaycan üzrə direktoru Henninq Tvesten çıxışında tədbirin əhəmiyyətindən danışaraq, bu sahədə əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.
“GAG Ludviqshafen am Rayn” şirkətinin nümayəndələri Sonya Müller-Zaman “Almaniyada mənzil mülkiyyətinin növləri və onların idarə olunması”, “Almaniyada mənzil mülkiyyətçiləri və mənzil idarəçiləri arasında münasibətlərin qurulması, öhdəliklər və vəzifələr”, Klaus Şeffner isə “Almaniyada çoxmənzilli binaların təmiri və bərpası. Tikililərin energetik müasirləşdirilməsi” mövzularında təqdimatlarla çıxış edərək, mənzil fondunun idarə edilməsi sahəsində beynəlxalq təcrübə barədə məlumat veriblər. Tədbirdə həmçinin, Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov, Sumqayıt Bələdiyyəsinin katibi Akif Kərimov və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri Asif İsmayılov mənzil-kommunal sahəsinə dair müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Sonra təqdimatlar və məruzələr ətrafında geniş müzakirələr və təcrübə mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirin sonunda iştirakçılara İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanmış “Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu” və digər maarifləndirici materiallar paylanıb.


İlkin




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info