Arye Qut: “Hərbi cinayətkarlar beynəlxalq məhkəmədə cavab verməlidirlər”
Tarix: 11.11.2014 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


"Baxmayaraq ki, Avropa məhkəməsinin qərarları bəzən Cənubi Qafqaz ölkələrinə münasibətdə qərəzli xarakter daşıyır, vəziyyət elə gətirdi ki, hətta avropalı hakimlər Serj Sərkisyanın başçılıq etdiyi cinayətkar Qarabağ klanının hərəkətlərini soyuqqanlı və etinasız izləməyə dözmədilər" deyə, Ermənistan hökumətinə qarşı Avropa insan haqları məhkəməsinin növbəti müraciətini şərh edərkən Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda hərbi xidmət keçməsinin beynəlxalq hüquq normalarına zidd oldugunu beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut bildirib.
Ermənistan KİV-in məlumatına görə, bu məsələ sonra Avropa insan haqları məhkəməsində Ermənistan hökuməti qarşısında döyüş olmayan ərazilərdə həlak olmuş əsgərlərin doğmaları tərəfindən dəfələrlə qaldırılıb. Böhranların aradan qaldırılması üzrə beynəlxalq qrup qeyri-hökumət təşkilatının hesablamalarına görə, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın hərbi mövcudluğunu bu ölkənin 10 min vətəndaşı təmin edir. Bu haqda mühüm məlumatlar təqdim olunur ki, bir sıra çağırışçılar və müqavilə ilə çalışan hərbiçilər Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərinə könüllü deyil məcburi şəkildə göndərilir. İsrail politoloqunun fikrincə, bu məsələdə çox səciyyəvi amil ondan ibarətdir ki, Avropa məhkəməsi bu məsələdə fəal şəkildə iştirak edirək, ağılsız və beynəlxalq hüquq normalarını pozan Ermənistan rəhbərliyinin qanunazidd hərəkətlərini açıq aşkar pisləyir.
Bu arada, Ermənistan KİV-ləri bildirirlər ki, rəsmi hakimiyyət özünə haqq qazandırmaq məqsədi ilə guya 1994-ci ildə, Ermənistan separatçı rejimlə imzalanmış sənədə istinad edir.
"Tamamilə aydındır ki, bu növbəti sayıqlama və uydurma erməni separatçılarının Azərbaycana qarşı növbəti dəfə öz təcavvüzkar və işğalçı hərəkətlərinə bəraət qazandırmaq məqsədi daşıyır. Biz çox gözəl xatırlayırıq ki, Dağlıq Qarabağın separatçı rejimini avrasiya birliyinə daşımaq istəyən Sərkisyan Qazaxıstanda diplomatik fiaskoya uğradı. Sərkisyan rejimi sərt cavab alaraq, Dağlıq Qarabağın separatçı terror rejimi ilə həmrəylik nümayiş etdirmək qərarına gəlib. Aydındır ki, indiki Ermənistan rəhbərliyi yaranmış atəşkəs dövründə nəyin bahasına olursa olsun, hazırkı status-kvonu saxlamağa çalışır. Lakin regionda baş verən son hadisələr bir daha sübut edir ki, rəsmi Bakı regionda mövcud olan status-kvo ilə heç vaxt razılaşmayacaq və Ermənistan anlamalıdır ki, Azərbaycanın səbri tükənmək üzrədir, rəsmi Bakı, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsi üçün özünümüdafiə üçün deyil, həm də beynəlxalq hüquq normalarına əsasən bu əraziləri işğaldan azad etmək hüququna malikdir", - İsrailli politoloq söyləyib.
Eyni zamanda Arye Qut birmənalı şəkildə bildirib ki, Dağlıq Qarabağa əsgər göndərilməsi Ermənistan Respublikası tərəfindən yalnız beynəlxalq hüquq normalarının pozulması deyil, bu eyni zamanda birmənalı şəkildə Ermənistan rəhbərliyinin Azərbaycana qarşı apardığı dövlət terrorizmi siyasətinin ehtiva edir. Bununla bərabər Sərkisyan rejimi öz xalqına qarşı savaşı davam edir. " Bu gün erməni xalqı Sərkisyan rejiminin ağılsız və bisavad hərəkətlərindən yorulub. Ermənistan prezidenti xalqını tamamı ilə unudub və öz hakimiyyəti və oliqarxiyanın möhkəmləndirilməsi ilə məşğuldur. Bu gün sirr deyil ki, Sərkisyan rejimi öz ölkəsini qarət etməklə zənginləşir və bu Ermənistanı və erməni xalqını milli fəlakətə gətirib çixarıb. Ermənistan Azərbaycan torpaqlarının işğalına görə demək olar ki, Xəzərin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrin kənarda qalıb. Bu bir danılmaz faktdır ki, bu gün Ermənistan Cənubi Qafqazın ən asılı ölkəsidir. Son vaxtlar biz bir tərəfdən sosial-iqtisadi siyasətin iflasını müşahidə edirik, nəticədə Ermənistan hakimiyyəti tərəfindən"ağ soyqırımı" həyata keçirilir. Husisapail Network erməni mənbələrinə əsasən xəbər verir ki, Ermənistanın əhalisi sürətlə azalır, ildən-ilə mühacirət daha fəlakətli miqyas alır, əhali ölkəni kütləvi şəkildə tərk edir. Demoqrafiya mənfi saldosu "mənfi 1,3" hər min nəfər həddində gələcəkdə də davam edəcək və artıq 2020-ci ildə Ermənistanda ölüm, doğum faizini ötəcək. Bu demoqrafik və mühacirət amilləri ilə yanaşı, biz müxalifət və hakim elita arasında ciddi qarşıdurmanı da müşahidə edirik. Sərkisyanın son hərəkətləri bir daha sübut edir ki, o Ermənistanın siyasi səhnəsinə təsadüfən düşən, tam məsuliyyətsiz və uzağı görməyən bir siyasətçidir. O, bütün çıxışlarında və hərəkətlərində Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasətinə haqq qazandırmağa çalışır. Eyni zamanda Sərkisyan o qədər başını itirib ki ciddi və təsirli avropa hüquq qurumlarının tələblərinə də məhəl qoymur", - Arye Qut qeyd edib.
Ermənistan Silahlı Qüvvələri general Manvel Qriqoryanın müharibə illərində Qarabağda bir neçə il ərzində yetkinlik yaşına çatmamış azərbaycanlını əsarətdə saxlanması faktını şərh edən israil analitiki Arye Qut bildirmişdir ki, azərbaycanlı əhaliyə qarşı Ermənistan tərəfindən törədilmiş cinayətlər üzrə hərbi tribunal yaratmaq lazımdır, o cümlədən general Qriqoryan olayını da bura daxil etmək gərəkdir. "Xatırladaq ki, general Qriqoryan Ermənistan prezidenti Serj Sərkisyanın yaxın dostudur. Dostun kimdir mənə göstər, mən də sənin kim olduğunu deyim atalar sözü əbəs deyil. Mən "Justice for Khojaly" beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə həm İsrail ictimaiyyəti qarşısında, həm də beynəlxalq forumlarda çıxış edən zaman tez-tez təkrar edirəm ki, bu gün Ermənistanda yüksək vəzifə tutan insanlar - Seyran Ohanyan, Serj Sərkisyan, habelə Robert Koçaryan və başqaları baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Ermənistanın indiki prezidenti Sərkisyanın səmimi etirafını xatırlamaq kifayətdir. O demişdir ki, Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu.
Və ya, 1996-ci ildə nəşr olunmuş erməni şovinisti Zori Balayan tərəfindən yazılan "Ruhumuzun Canlanması" əsərində Xocalı soyqırımı haqqında bəhs edir. Terrorçu Balayan fəxrlə əsərində ermənilərin Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım faktları əsərində ehtiva edir. Bu cinayətkar və azğın şovinist qeyd edib ki, hər bir erməni azərbaycan əhalisinə qarşı Xocalıda etdikləri ilə fəxr etməlidir. Bu faktlar təsdiq edir ki, Xocalı şəhərinin mülki əhalisinin düşünülmüş şəkildə qətlə yetirilməsi bu insanlara təkcə azərbaycanlı olduqlarına görə kütləvi divan tutmaq məqsədi daşımışdır. Xocalı şəhəri Azərbaycan ərazilərinin ələ keçirilməsinin və burada etnik təmizləmə aparılmasının, şoka salan qəddarlıq qarşısında vahimə və qorxu yaradılmasının növbəti mərhələsi olmuşdur. Günahsız uşaqlara, qadınlara və qocalara qarşı misli görünməmiş bu qəddarlıq heç bir izaha gəlmir. Yuxarıda qeyd etdiyim bu vəhşi insanlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər ”-Arye Qut qeyd edib.
Azərbaycan xüsusi xidmət orqanlarının məlumatına görə, hazırda 4928 nəfər, o cümlədən 56 uşaq, 327 qadın, 364 qoca itkin düşüb. Qutun sözlərinə görə Ermənistan tərəfi həmin insanların əsir düşməsi faktını tam təkzib edir."Əsirlərin saxlanma faktı erməni əsirliyində beynəlxalq hüquq müdafiəçiləri tərəfindən təsdiqlənib. Azərbaycan MTN-in məlumatına görə, bu insanların bir hissəsi erməni əsirliyində xəstəlik səbəbindən dünyasını dəyişib, bir qismi isə amansızlıqla qətlə yetirilib, bəziləri isə indiyə qədər ən ağır işləri yerinə yetirmək üçün qul kimi istifadə olunur. Çox sayda azərbaycanlı əsir və girovların Ermənistanda və işğal olunmuş ərazilərdə, bu insanlara qarşı qətllər və işgəncələr haqqında xeyli məlumat toplanılıb. İndiki Ermənistanı idarə edən hakimiyyət Azərbaycanın Xocalı şəhərində qanlı soyqırıma görə tam məsuliyyət daşıyır. Ermənistan dövlət başçısının dostunun həyasızlığı o dərəcəyə çatıb ki, ХХI əsrdə belə, o əsarətində azərbaycanlı uşağı saxlaması haqqında bəyanat verir. Bu adamlarda, əgər onları belə adlandırmaq mümkünsə, vicdan və rəhm deyilən anlayış yoxdur. Məhz buna görə də bu gün Ermənistan Respublikasında hakimiyyətdə olan bütün bu terrorçular və hərbi cinayətkarlar, beynəlxalq ədalət məhkəməsi qarşısında dayanmalı və mütləq cavab verməlidirlər"- Arye Qut sonda bildirib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info