Narek Karapetyan: “Ermənistan Azərbaycanla rəqabət apara bilmir”
Tarix: 11.11.2014 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


“Ən yaxşı çıxış yolu Abxaziya dəmiryolunun açılmasıdır. Hər dəfə bu məsələ gündəmə gələndə Azərbaycan aktivlik göstərərək bu dəmiryolunun açılmasına imkan vermir”
Ermənistanın Avrasiya İttifaqının üzv olması ilə bağlı fərqli rəylər səsləndirilir. Həmin rəyləri birləşdirən ortaq nöqtə odur ki, Ermənistan iqtisadi cəhətdən yeni birlikdə rəqabətə davam gətirə bilməyəcək. Yeni birliyin üzvləri də yaxşı bilirlər ki, Ermənistan iqtisadi baxımdan onlar üçün yükdür. İqtisadçı Narek Karapetyan “Birinci İnformasiya”ya təqdim etdiyi məqalədə qeyd edir ki, Avrasiya İttifaqına üzvlük Ermənistan qarşısında böyük bazar yaradıb: “İndi bizim üçün əsas problemli məsələ yeni bazara keyfiyyətli, rəqabətə davamlı məhsul çıxarmaqdır. Araşdırmalar göstərir ki, Ermənistanın bu sahədə ciddi problemləri var. Kənd təsərrüfatı Ermənistan iqtisadiyyatında çox mühüm yer tutur. Ümumi məşğulluğun 44 faizi bu sektorun payına düşür. ÜDM-in 18 faizi də kənd təsərrüfatının hesabına formalaşır. Rəqəmlər çox sevindiricidir. Amma reallıq budur ki, Ermənistanın kənd təsərrüfatı məhsulları Azərbaycan və Türkiyə məhsulları ilə rəqabət apara bilmir. Bir misal deyim. Rusiya tomat pastası istehsalına görə dünyada 6-cı yeri tutur. İl ərzində 2,4 milyon ton tomat istehsal edir. Buna baxmayaraq, Rusiya yerli istehsal hesabına tomata olan tələbatını ödəyə bilmir. Bir il ərzində təxminən 1 milyard dollarlıq tomat idxal edir. Rusiyanın tomat bazarının əsas təminatçısı bazarın 45 faizini təmin edən Türkiyədir. Sanksiyalara qədər bazarda ikinci yeri 20 faizlə Avropa İttifaqı ölkələri tuturdu. Üçüncü yerdə isə Azərbaycan gedir. Qış aylarında Rusiyanın tomat bazarının 90 faizi idxal hesabına ödənilir. Bazarın lideri Türkiyədir. Aşağı qiymət və sabit təminat sahəsində Türkiyə uzun illərdir ki, liderliyini qoruyur. Türkiyə və Azərbaycan Rusiya bazarına Ermənistan tomat məhsullarından 40 faiz ucuz qiymətə məhsul təqdim edirlər. Əgər biz Rusiya bazarına məhsul çıxarmaq istəyiriksə, bu problemləri həll etməliyik. Əks halda biz Avrasiya İttifaqı bazarında Türkiyə və Azərbaycan məhsulları ilə rəqabət apara bilməyəcəyik. Rusiya ən ucuz qazı bizə satır və biz bundan istifadə edərək ucuz məhsul istehsal edə bilərik. Amma bu imkandan yararlanmaq heç kimin ağlına gəlmir. Digər ölkələr qaza görə əhaliyə subsidiyalar verir. Kənd təsərrüfatının inkişafına dəstək olur. Ermənistanda isə hər şey əksinədir. Əhaliyə satılan qazın üstünə əlavə vergi qoyulur. Digər əsas problem logistika ilə bağlıdır. Ermənistan istehsal etdiyi məhsulu birbaşa Rusiya bazarına çıxara bilmir. Yuxarı Lars məntəqəsi məhsulların çatdırılması üçün etibarlı yer deyil. Ən yaxşı çıxış yolu Abxaziya dəmiryolunun açılmasıdır. Hər dəfə bu məsələ gündəmə gələndə Azərbaycan aktivlik göstərərək bu dəmiryolunun açılmasına imkan vermir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info