Velosipedçimiz “Tour of Taihu Lake” yürüşündə üçüncü olub
Tarix: 11.11.2014 | Saat: 22:35:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” Çində keçirilən sayca 5-ci “Tour of Taihu Lake” yürüşündə çıxışını başa vurub.
On yeddi kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malik idi. Komanda hesabında “Synergy Baku” 20 kollektiv arasında 4-cü yeri tutub. Komandamız çempion olmuş Hollandiya millisinə cəmi 10 saniyə uduzub. Şəxsi göstəricilərə gəlincə, yekun sıralanmada 2 velosipedçimiz ilk 20-liyə düşüb. Bunlar 12-ci yeri tutan Samir Cəbrayılov və 19-cu olan Elçin Əsədovdur. Sevindirici əsas məqam isə yarışın 23 yaşadək velosipedçilər arasında Samir Cəbrayılovun fəxri kürsüyə qalxmasıdır. Azərbaycanın U-23 milli komandasının üzvü çempiondan 4 saniyə geri qalmaqla 3-cü yeri tutub və xüsusi mükafata layiq görülüb. Komandamız noyabrın 14-dən 16-dək Çində start götürəcək daha bir yarışda mübarizə aparacaq.




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
ABŞ beysbolçusu ən bahalı müqaviləyə imza atıb
21.03.2019
Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
20.03.2019
Millimiz ilk oyununda Rusiya ilə heç-heçə edib
20.03.2019
Azərbaycan millisi məzmunlu futbol göstərməyə hazırdır
19.03.2019
İngiltərə millisinə yeni oyunçu cəlb edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info