Cim O‘Nil: “Avropanı yoxsulluq gözləyir”
Tarix: 11.11.2014 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


Bir vaxtlar dünyanın ən böyük kommersiya banklarından biri olan «Goldman Sachs»da işlər müdiri kimi fəaliyyət göstərən britaniyalı malyyəçi və eyni zamanda «BRIC»( Braziliya, Rusiya, Hindistan və Çin»- termininin müəllifi Cim O‘Nil bu ölkələrin iqtisadiyyatında güclü artımlar olacağı barədə proqnoz verib. Avropa iqtisadiyyatında gözlənilən tənəzzülü izah etməyə çalışan O‘Nil «BRIC»ə üzv olan Hindistan iqtisadiyyatındakı böyük sıçrayışı nəzərə çatdıraraq, Meksika iqtisadiyyatının Türkiyə ilə müqayisədə daha irəli gedəcəyini iddia edir. Almaniyanını "WirtschaftsWoche Heute" nəşrinə müsahibə verən Cim O‘Nil maraqlı fikirlər söyləyib. İlk öncə, «BRIC» ölkələrinin qazanacağı uğurlara toxunan britaniyalı maliyyəçi bildirir: “Hələ bir müddət əvvəl, 11 sentyabr teraktından sonra mən araşdırma apararaq belə bir nəticə hasil etdim ki, dünya əvvəlki kimi qalmayacaq. Bu, hər şeydən əvvəl, özünü iqtisadiyyat sahəsində büruzə verəcək.
Məhz buna görə, məndə belə təəssürat yarandı ki, qloballaşmanın uğur qazanması Avropanın tam hökmranlığı şəraitində baş verməyə bilər. Ona görə də, mən öncə, inkişaf etməkdə olan böyük ölkələrin vəziyyətini təhlil etməyə başladım. Bunlar, əhalisinin sayı milyardı keçmiş Çin və Hindistan, Cənubi Amerikanın ən böyük ölkəsi olan Braziliya və Rusiya idi”.
Nəşrin müxbirinin son dövrlər bu dövlətlərdən iksinin-Rusiya ilə Braziliyanın iqtisadiyyatındakı ağır tənəzzüllə bağlı sualına münasibət bildirən Cim O‘Nil bəyan edir ki, 2001-ci ildən bəri on il ərzidə bu ölkələr qibtəediləcək dərəcədə yaxşı inkişaf ediblər: “Bu, Hindistanın timsalında indi də baş verməkdədir. Çinin timsalında isə buna əvvəlki kimi, «sadəcə» yaxşı demək olar. Təbii ki, son zamanlar Çinin iqtisadiyatı barədə deyilən «zəif artım» mənə gülməli görünür. Bu ölkə inkişafa doğru uzun bir yol gəlib və bu gün də bu inkişaf yolunu bəzi başqa ölkələrin həsəd aparacağı dərəcədə davam etdirir. Lakin hələ ki, Braziliya və Rusiya barədə bunları demək bir az tərəddüd doğurur. Niyə bu ölkələr son illər tənəzzüllə anlaşılır? Bəli, etiraf edilməlidir ki, bu ölkələrdəki son durum acınacaqlıdır. Əgər siyasi problemləri istisna edilərsə, bu ölkələr ən çox əmtəə ixracından asılı ölkələrdir. Braziliya dünyada ən çox ət, şəkər və dəmir filizi, Rusiya isə, məlum ölduğu kimi, neft və qazı ilə tanınır. Bu ölkələrdəki vəziyyət ilk növbədə, dünya bazarında bu məhsulların qiymətlərinin aşağı salınması səbəbiylə pisləşib. Buna görə də, həm Braziliya hökuməti, həm də Putin administrasiyası xaricdən yeni investorları cəlb etmək və eyni zamanda, əmək və işçi qüvvələrinin məhsuldarlığını yaxşılaşdırmaq barədə düşünməlidirlər”.
Rusiyaya qarşı tətbiq edilən sanksiyalara toxunan müxbir, Cim O‘Nilə Qərbin cəza tədbirlərini «necə qiymətləndirirsiniz?»-deyə sual verib. Britaniyalı maliyyəçi bu addımı birmənalı qarşılamadığını bildirib. O, etiraf edib ki, öncə, Avropa Birliyi bu sahədə bir sıra strateji səhvlər buraxıb. Avropa ilk olaraq, NATO-nun genişləndirilməsinin Moskva üçün necə ağrılı bir hadisə olacağını, Ukraynanın geosiyasi baxımdan Rusiya üçün necə əhəmiyyətli bir ölkə olduğunu nəzərə almalı idi. Bundan əlavə, xatırladaq ki, Rusiya «G8» üzvü olmasına baxmayaraq, onu bu təşkilatda tam tərəfdaş kimi qəbul etmirdilər: “Məhz elə, bəlkə də buna görədir ki, bizdə Rusiya rəhbərliyinin fəaliyyəti başa düşülmədi, qiymətləndirilmədi və sonda vəziyyət gərginləşdi. Əlbəttə, hazırda dünyada beynəlxalq hüquq normaları təsdiq olunub və bu normalara görə, digər ölkələrin suverenliyini pozmaq hüquq pozuntusu kimi qəbul edilir. Məhz bu mənada Ukrayna da öz müqəddəratını təyinetmə hüququna malikdir. Buna görə də, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar başadüşüləndir. Əgər hər iki tərəf münasibətlərin yaxşılaşdırılmasında maraqlıdırlarsa, onlar bir-birinə qulaq asmalı və optimal yollar tapmalıdırlar”.
Cim O‘Nil tərəddüd etmədən MİNT deyilən ölkələrdə - Meksika, İndoneziya, Nigeriya və Türkiyədə də inkişafın təşəkkül tapacağına inamını bildirib. Cim O‘Nil hazırda Avropada durğunluğun hökm sürdüyünü dilə gətirib: “Son on ildə Avropa iqtisadiyyatı 0,2%, bundan sonrakı dövrlərdə isə 1,5% artıb. Belə görünür ki, o, bundan artığa qadir deyil. Avropada hazırda demoqrafik vəziyyət çox çətin vəziyyətdədir, istehsal çox aşağıdır. Avropanı yoxsulluq gözləyir. Ümumi şəkildə desək, yeni siyasi ideyalar o qədər də parlaq görünmür. Son dediklərim daha çox Almaniyaya aiddir. Son zamanlar Angela Merkel hökuməti, məncə yanlış istiqamətdə çalışır. Avropadakı perspektivlər də mənə çox qaranlıqdır. Mənə elə gəlir ki, vəziyyət hələ ki, pis mənada inkişaf etməkdə davam edəcək. Avropaya yeni siyasət lazımdır. Bu cəhətdən, ilk olaraq, Berlin və Paris Brüsselə yardım göstərməlidirlər”.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info