“Son hadisələr TANAP-ı daha əhəmiyyətli hala gətirib”
Tarix: 11.11.2014 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


Taner Yıldız: “Türkiyə şirkətləri Azərbaycanda və Xəzərdə əhəmiyyətli layihələr reallaşdırmaqda davam edəcək”
Dünən Türkiyənin paytaxtı Ankarada Xəzər Strateji İnstitutunun (HASEN) ikinci il proqramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən HASEN-in baş katibi Haldun Yavaş tək bir bölgə, yəni Xəzər regionu üzrə fəaliyyət göstərdiklərini və məqsədlərinin regional inkişafı şaxələndirmək olduğunu deyib.
Qardaş ölkənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin iştirak etdiyi tədbirdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz kəmərləri (TAP), “Cənub” qaz dəhlizi layihələrinin əhəmiyyətindən söhbət açılıb. Türkiyənin enerji və təbii ehtiyatlar naziri T.Yıldız bildirib ki, son bir ildəki hadisələr TANAP layihəsini nəzərdə tutduğumuzdan daha əhəmiyyətli hala gətirib. “İstər BOTAŞ, istərsə də TPAO Azərbaycan və Xəzərdə əhəmiyyətli layihələr reallaşdırmağa davam edəcək” - deyə T.Yıldız qeyd edib. HASEN-in iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsinə öz töhfəsini verəcəyini deyən ARDNŞ-in prezidenti R.Abdullayev institutun Türkiyə və bölgədə əməkdaşlığın qurulmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info