Beynəlxalq Tələbə Həftəsinə həsr olunmuş konfrans
Tarix: 11.11.2014 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində 10-17 noyabr tarixlərdə keçirilən ənənəvi Beynəlxalq Tələbə Həftəsinə bu il Tələbə Elmi Cəmiyyətinin konfransı ilə start verilib. Konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında tələbə gəncliyə ölkənin gələcək intellektual potensialı kimi hərtərəfli diqqət və qayğı göstərilməsindən, tələbələrin elm, təhsil, idman, mədəniyyət sahəsində qazandığı nailiyyətlərdən danışıb. Rektor 17 noyabr Beynəlxalq Tələbə Gününün 1946-cı ildə beynəlxalq tələbələr konqresində təsis edildiyini, bu günün ölkəmizdə də ənənəvi şəkildə qeyd olunduğunu xatırladaraq tələbələrə elmi, ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb. Konfransda Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Surə Qurbanova “Naxçıvanın muxtariyyətinin konstitusion əsasları” mövzusunda məruzə edərək bildirib ki, 1918-1920-ci illərdə Naxçıvandakı gərgin ictimai-siyasi şərait, böyük dövlətlərin ikili standartlar siyasəti, mənfur daşnakların buranı sahiblənmək istəyi Naxçıvanın muxtariyyatının labüdlüyünü ortaya çıxardı, 1921-ci ildə imzalanmış Qars müqaviləsinə əsasən, qədim Azərbaycan torpağı olan Naxçıvanın ərazisi, sərhədləri dəqiqləşdirildi. Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində olmaqla demokratik, hüquqi, dünyəvi Muxtar Dövlət elan olundu. Beynəlxalq münasibətlər ixtisası üzrə II kurs tələbəsi İnci Rzayeva “Naxçıvanın muxtariyyətinin beynəlxalq statusu” adlı məruzədə qeyd edib ki, 1921-ci ildə imzalanan Beynəlxalq Moskva və Qars müqavilələri Naxçıvan diyarının tarixi taleyini, yəni onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanlarını reallaşdırdı. Həmin müqavilələrlə Rusiya, Türkiyə və Cənubi Qafqaz respublikaları Naxçıvana Azərbaycanın tərkibində muxtar qurum kimi tanınan beynəlxalq hüquqi təminat verdilər. Naxçıvanın muxtariyyat statusu 30 oktyabr 2013-cü il tarixdə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasının sənədlərində, 1997- ci ildə Venesiya Komissiyasının rəyində öz əksini tapıb. İqtisadiyyat ixtisası üzrə I kurs tələbəsi Zeynalabdin Cəfərov Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın əsas istiqamətləri” adlı məruzəsində vurğulayıb ki, muxtar respublikanın yeni inkişaf mərhələsi 1995-ci ilin sonlarından başlayıb. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun Heydər Əliyev quruculuq və inkişaf yolunu əzmlə davam etdirməsi sayəsində regionda iqtisadiyyatın ayrı-ayrı sahələri dinamik inkişaf edib, istehsal müəssisələrinin fəaliyyəti genişlənib, ixracyönümlü məhsül istehsalı stimullaşdırılıb, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsi yaxşılaşdırılıb, elm və təhsilin tərəqqisinə nail olunub. Tarix müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Sübahət Əliyeva Naxçıvan milli müstəqillik dövründə” məruzəsində qeyd edub ki, Naxçıvan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-1993-cü illərdə Azərbaycanın milli müstəqilliyinin əldə olunmasında və qorunmasında aparıcı rol oynayıb. 1990-cı ilin noyabr ayının 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən, 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyasında çox mühüm qərarlar qəbul olunub. Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara alıb. Naxçıvan MSSR Ali Sovetinin adını dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olunub, Azərbaycan SSR Ali Sovetinin qarşısında həmin bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb. Naxçıvan MR Аli Məclisinin birinci sessiyasında müzakirə olunan ən mühüm məsələlərdən biri də 1990-cı il 20 yanvar faciəsinə verilən siyasi qiymət idi. 21 noyabr 1990-cı ildə Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul edib. Heydər Əliyev dövlətçilik məktəbinin ənənələri bu gün Azərbaycanda olduğu kimi, muxtar respublikada da sədaqətlə davam etdirilir.
Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri






 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info