Elmin İnkişafı Fondu Gənc alim və mütəxəssislərin 3-cü müsabiqəsini elan etdi
Tarix: 12.11.2014 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə 2014-cü ildə gənc alim və mütəxəssislərin 3-cü müsabiqəsini elan edib. Müsabiqə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən və 2011-2013-cü illərdə Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş Gənc alim və mütəxəssislərin 1-ci və 2-ci müsabiqələrinin uğurları nəzərə alınaraq elan edilib. Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin maliyyələşdirilməsinin cəmi həcmi 500000 (beş yüz min) manat nəzərdə tutulub. Müsabiqə fizika-riyaziyyat və texnika elmləri, kimya elmləri, Yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, humanitar və ictimai elmlər sahələrini əhatə edən fundamental - tətbiqi, axtarış-innovasiya xarakterli və xüsusi layihələrin kiçik və orta həcmli qrantlar vasitəsilə maliyyələşdirilməsini nəzərdə tutur. Müsabiqədə iştirak etmək üçün sənədlər noyabrın 14-dən dekabrın 29-u saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələri 2015-ci ilin birinci yarımilində açıqlanacaq. Müsabiqədə yalnız 35 yaşa qədər olan gənc alim və mütəxəssislər iştirak edə bilərlər. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info