Azərbaycanın inkişafı Kiprdəki əcnəbiləri valeh edib
Tarix: 12.11.2014 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Şimali Kiprin paytaxtı Lefkoşa şəhərində yerləşən Yakın Doğu Universtetində 9 Noyabr Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilib. Tədbir Yakın Doğu Universiteti Azərbaycanlı Tələbələr Birliyi və “Beynəlxalq Əlaqələr Ofisi NEU IDEAS”ın dəstəyi ilə baş tutub.
Mərasimdə Diaspor Jurnalistləri Birliyinin Şimali Kipr nümayəndəliyinin sədri Rəşad Bədirli, Elektrik Elektronik Mühəndisliyi Avropa Tələbə Assosiasiyasının Famagusta şəhəri üzrə sədri Toğrul Abbasov, Kiprin ən fəal tələbələrindən olan Elvin Xudaverdizadə və İlham Çıraqov, Doğu Akdeniz Universitetinin və Kipr Beynəlxalq Universitetinin tələbələri də iştirak ediblər.
Bununla yanaşı Türkiyə Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan,Türkmənistan, Özbəkistan, Pakistan, Zimbabve, Nigeriya, Səudiyyə Ərəbistanı, Şimali Qafqaz xalqlarından Çeçenistan, Kırım tatarları və dağıstanlıların bu tədbirdə iştirakı onların Azərbaycan haqqında daha çox şeylər öyrənmələrinə səbəb olub.
Gecəni giriş sözü ilə açan Dünya Azərbaycanlıları Təmas Qrupu və Kipr- Azərbaycan Diaspor təşkilatının sədri Prof Dr Fəxrəddin Sadıqoğlu çıxışında bildirib ki, Prezident İlham Əliyevin 17 Noyabr 2009-cu ildə imzaladığı qərarnaməyə görə, hər il 9 noyabr tarixi Dövlət Bayraq Günü olaraq qeyd olunur: “Bu qərar da, Azərbaycan Xalq Cümhuriyyətinin 9 Noyabr 1918-ci il tarixində üç rəngli Azərbaycan bayrağını dövlətin rəsmi bayrağı olaraq elan etməsi ilə bağlıdır”, deyə o əlavə edib. Ardından Azərbaycan Tələbələr Birliyinə təşəkkürlərini bildirən Fəxrəddin müəllim ŞKTR da yaşayan və təhsil alan azərbaycanlıları bununla eyni zamanda dünyanın hər bir yerində yaşayan Azərbaycanlıları ürəkdən təbrik edib.
Azərbaycanın məşhur bəstəkarı Cavanşir Quliyev kürsüyə çıxaraq deyilən sözlərə qatıldığını və bu günün önəmli bir gün olmasını hər kəsə dərindən bir daha izah edib. Bu günün tarixinə bir daha nəzər salıb.
Cavanşir müəllimin ardınca Yakın Doğu Universitetində Beynəlxalq Əlaqələr fakültəsində doktorantura üzrə təhsil alan Rəşad Ələkbərov öz fikirlərini hər kəslə paylaşıb. O, bayrağımızın rənglərinin mənasına və tarixinə nəzər salaraq digər ölkələrdən olanları bir daha bilgiləndirib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Prezidenti təqaüdçüsü və Doğu Akdeniz Universitetinin Ədəbiyyat fakültəsi tələbəsi şair Raul Məsum yazdığı şeiri zalda əyləşənlərə oxuyub.
Diaspor Jurnalistlər Birliyinin Kipr nümayəndəsi Rəşad Bədirlinin fikrinə görə tədbir əsnasında təqdim olunan “Müasir Azərbaycan” video-çarx digər ölkədən olanların diqqətini özəlliklə cəlb edib: “Azərbaycanın qısa zamanda necə sürətlə inkişaf etməsi onları təəccübləndirdi. Azərbaycan qısa zamanda çox işlər görüb və hal-hazırda dünyaca gözəl ölkələr sırasında olması əcnəbiləri valeh etdi”.
Qeyd edək ki, tədbir Şimali Kipr Türk Respublikası universitetləri nümayəndələrini və yerli media nümayəndələrinin diqqətini böyük maraqla cəlb edib.

Fuad






 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info