“Haaretz“: “Ermənilər Azərbaycanın Xocalı şəhərində kütləvi etnik qırğın törədiblər“
Tarix: 12.11.2014 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


İki həftə öncə İsrailin tanınmış "Haaretz" qəzetində israilli sosioloq Yair Oronun "Soyqırımın təkrarlanmasına yol verməmək üçün Azərbaycana silah satmaq olmaz" adı altinda təxribat xarakterli məqaləsi dərc olunub. Bu məqaləyə cavab olaraq "Haaretz" qəzetində Azərbaycan-İsrail əməkdaşlığı və Azərbaycanın Cənubu Qafqazda rolu ilə bağlı iki məqalə dərc edildi. Bu gün isə "Haaretz" qəzetində "Azərbaycan İsrail üçün çox vacib ölkədir"(http://www.haaretz.co.il/opinions/.premium-1.2481975) adlı üçüncü məqalə çap olunub. Bu məqalənin müəllifləri Hayfa Universitetinin Cənubu Qafqaz üzrə aparıcı mütəxəssisləri, beynəlxalq münasibətlər sahəsində israilli eksperti Arye Qut və israilli tarixçi, doktor Emil Abramovdur.
Məqalə müəllifləri qeyd edirlər ki, sosioloq Oronla mübahisə etmək fikrində deyillər, fəqət azərbaycanlılarla ermənilər arasında münaqişə haqqında bəzi faktlar təqdim etmək istəyirlər. "Əsrlər boyu Cənubi Qafqaz münaqişələr və ziddiyyətlər regionu olub. Birinci dünya müharibəsinin başlanması ilə ermənilərin Osmanlı imperiyasında öz hüquqlarının genişləndirilməsini tələb etməyə başladılar və bu məqsədlə Rusiyanı türklərə qarşı vuruşmaqa yardım etdilər. Burada qondarma erməni soyqırımı məsələsini müzakirə etmək yeri deyil, sadəcə xatırlatmaq lazımdır ki, 1915 il Osmanlı imperiyasınında baş verən hadisələrin azərbaycanlılarla heç bir əlaqəsi yoxdur" - məqalə müəllifləri qeyd edirlər.
Arye Qutun və Emil Abramovun sözlərinə görə, Rusiya imperiyasının xarabalıqları üzərində üç müstəqil dövlət - Azərbaycan, Ermənistan və Gürcüstan yaradılmışdır. "Həmin dövrdə, Azərbaycan paytaxtı olan Bakını, bolşeviklər və onun müttəfiqləri olan erməni daşnakları tərəfindən işğal etmişlər. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda dinc azərbaycanlılara qarşı etnik qırğınlar və soyqırım törədiblər. Həmin ilin sentyabrında Bakı Türkiyənin dəstəyilə azad edildi. Azərbaycanın və Ermənistanın müstəqil mövcud olduğu iki il ərzində müharibələr nəticəsində həm ermənilər, həm də azərbaycanlılar həlak olmuşlar. Regionun Qırmızı Ordu tərəfindən tamamilə işğalından sonra münaqişə 1920-ci ildə sona yetmişdi. Köhnə ədavət, artıq XX əsrin 80-cı illərində Sovet İttifaqının dağılması dövründə xalqlar arasında növbəti dəfə qopdu. Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağda erməni separatçıları Ermənistana birləşmək tələbi ilə çıxışlar etməyə başladı. Bu dövrdə ermənilər, Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlını öz dədə-baba torpağlarından didərgin saldılar. Sonda bu azərbaycanlılar Ermənistandan Azərbaycana deportasiya edilmişdir"- məqalə müəllifləri vurğulayırlar.
Öz məqaləsində sosiologiya professoru Oron bildirib ki, "Ermənistanda daxili gərginlik mövcuddur və bu təhlükə, Azərbaycanın hərbi qüdrətinin artması fonunda ermənilər ziyan çəkəcək və növbəti Azərbaycan-Ermənistan münaqişəsi olan halda azərbaycanlılar ermənilərə qarşı etnik təmizləmə siyasəti aparacaqlar"
Arye Qut və Emil Abramov fikrincə, tamamilə aydındır israilli sosioloq azərbaycanın Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğını haqqında heç vaxt eşitməyib. "20 il bundan öncə Dağlıq Qarabağda məhz ermənilər tərəfindən etnik təmizləmə siyasəti aparılıb və bir milyon azərbaycanlı min ilərlə yaşadıqları torpaqlarından qovulub və didərgin düşüb. Biz əminik ki, ermənilər Orona azərbaycanın Xocalı şəhəri haqqında heç bir şey söyləməyiblər. Xocalı şəhəri cəmi bir gecə ərzində yerlə-yeksan edilərək yandırılmışdır. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmamış xocalılara aman verməmişdir. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 adam qətlə yetirilmiş, 487 adam əlil olmuş, 1275 dinc sakin-qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. Mindən artıq yerli sakin girov götürülüb, daha 150 nəfərin taleyi indiyədək məlum deyil" - məqalə müəllifləri qeyd edirlər.
Arye Qut və Emil Abramov qeyd edirlər ki, sosioloq Oron Ermənistandakı mürəkkəb vəziyyəti təsvir edib, ermənilər İsraillə Azərbaycan arasında olan təhlükəsizlik və hərbi münasibətlərindən görxur və yeni müharibənin başlanmasından çəkinirlər. "Biz israillilər kimi bununla fəxr edirik ki, Azərbaycanda heç zaman antisemitizm olmayıb. İki il əvvəl Bakıda Cənubi Qafqazın ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Azərbaycan, əhalisinin əksəriyyəti müsəlman təşkil etsə də dünyəvi ölkədir ki, burada multikulturalizm həyat tərzidir, orada dini etiqad azadlığı tam mövcuddur. Azərbaycanda yaşayan 20 min yəhudi bununla fəxr edirlər ki, onlar müstəqil Azərbaycanın vətəndaşlarıdır. Maraqlıdır bu gün Ermənistanda nə qədər yəhudi yaşayır?" - deyə məqalə müəllifləri sual verirlər.
Arye Qutun və və Emil Abramovun sozlərinə görə 22 il ərzində Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır, eyni zamanda ölkə rəhbərliyi vətəndaşlarının ümumi rifahını və inkişafını yaxşılaşdırmaq məqsədi ilə lazım olan bütün tədbirləri görür.
"Bu gün Azərbaycanda onlarca neft və qaz şirkətlərinin, habelə kənd təsərrüfatı sahəsində, müdafiə, turizm, tibb və xay-tek, o cümlədən israil şirkətlərinin sabit və rahat çalışması üçün hər cür şərait var. 20% Azərbaycan torpaqlarını işğal etdiyinə görə Cənubi Qafqaz regionunda təcrid edilmiş Ermənistan, Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən praktiki olaraq kənarda qalıb. Məhz buna görə də Ermənistanda xarici investisiyaların yatırımı demək olar ki yoxdur. Bu səbəbdən Ermənistan əhalisi ölkəni tərk edib Türkiyəyə, İrana və Rusiyaya qaçır" - məqalə müəllifləri Arye Qut və Emil Abramov qeyd edirlər.
"Azərbaycan ordusunun modernləşdirilməsinə qoyulan maliyyə investisiyaları ilk öncə Azərbaycanın, Cənubi Qafqaz regionu liderinin taktikasıdır ki, Azərbaycan dövləti hərbi aspektdə özünü möhkəmlətmək üçün bunu həyata keçirir. Azərbaycan rəhbərliyi dəfələrlə Ermənistana münaqişənin sülh yolu ilə həllini təklif edir-işğal edilmiş ərazilərin qaytarılması və qaçqınların öz evlərinə qaytarılması müqabilində. Azərbaycan müharibə istəmir, lakin o, Ermənistanla indiki statusu-kvo ilə heç vaxt razılaşmayacaq" - Arye Qut və Emil Abramov vurğulamışlar
Sonda məqalə müəllifləri vurğulayırlar ki, Azərbaycan İsrail dövlətinin Cənubi Qafqaz regionunda çox mühüm və strateji partniyorudur. "Azərbaycan İsrailin əsas neft və qaz tədarükçülərindən biridir, bir çox israil şirkətləri Azərbaycanda fəal və səmərəli işləyir, israil iqtisadiyyatına öz töhfələrini verirlər. Biz öz milli maraqlarımız haqqında düşünməliyik. Vaxtilə Böyük Britaniyanın xarici işlər naziri Lord Palmerston deyib: Bizim dostlarımız yoxdur, yalnız maraqlarımız var.
Biz isə deyirik: Azərbaycanda bizim həm dostlarımız, həm də maraqlarımız var" - beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut və israilli tarixçi doktor Emil Abramov yekunlaşdıraraq bildirib.

İlkin







 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Sabah bəzi yerlərdə havanın temperaturu 41 dərəcəyə yüksələcək
20.07.2019
Universiadada ən yüksək nəticə göstərən idmançılar mükafatlandırılıb
20.07.2019
Artıq sarı zolaqlar qüvvədə - Bu yollarda diqqətli olun!
20.07.2019
Gürcüstan hökuməti Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırlaşır
19.07.2019
Şəki və Oğuzda tikmə sənətinə maraq göstərən xanımlara ustad dərsləri verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info