Region gəncləri üçün seçki təlimləri başa çatıb
Tarix: 12.11.2014 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən “Gənclərin seçmək və seçilmək hüququ - regionlarda gənclərin seçki aktivliyinin yüksəldilməsi” layihəsinə yekun vurulub.
Birlikdən verilən məlumata görə, Ağdaş və Zaqatala rayonlarının gəncləri üçün təşkil edilən yekun təlimlərdə 70-ə yaxın gənc iştirak edib. Tədbirlərin açılışında Vətən uğrunda şəhid olanların ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Birliyin sədri Nəsimi Həsənov iştirakçılara Azərbaycanın gənclər siyasəti, vətənpərvərlik və təşkilatın fəaliyyəti barədə qısa məlumat verərək gəncləri təlimlərdə fəal iştirak etməyə çağırıb.
Təşkilatın sədr müavini Daşqın Rəcəbli bildirib ki, bu təlimlərin əsas məqsədi gənclərin seçki aktivliyini və mədəniyyətini formalaşdırmaq, onların seçkilərə olan etinasızlığının qarşısını almaqla gələcəkdə azad və ədalətli seçkilərin keçirilməsinə mümkün şərait yaratmaqdır.
Layihənin təlimçisi Ceyhun Abbasov təlimin məqsəd və vəzifələri barədə məlumat verərək, gənclərə demokratiya, seçki, seçmək və seçilmək hüququ anlayışlarının elmi təhlili, eyni zamanda seçkilərin dövlət və xalq üçün əhəmiyyəti, bu sahədə mövcud beynəlxalq təcrübə barədə danışıb.
Qeyd edək ki, təlim prosesində gənclərə özünütəsdiq və seçki aktivliyinin önəmliliyi, ictimai fəallığın təşkilata çevrilməsi yolları, region gənclərinə qeyri-hökumət təşkilatları yaratmağın prosedur qaydaları barədə geniş bilgilər verilib. Gənclərə xatirə olaraq onlara təlim prosesini xatırladacaq köynəklər və papaqlar, təlimləri əks etdirən buklet və kitablar paylanılıb.
Xatırladaq ki, bundan əvvəl Astara rayon gəncləri üçün təlimlər keçirilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info